SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

BNA-nın işi ancaq cərimə kəsməkdirmi? - Qurum çarəsizliyinie etiraf etməlidir...

10-05-2019, 13:00 | Oxunub: 11 041 |

BNA-nın işi ancaq cərimə kəsməkdirmi? - Qurum çarəsizliyinie etiraf etməlidir...

Emtv.az xəbər verir ki,paytaxtın bir çox ərazilərində günün istənilən vaxtı tıxac yaşanır. Buna səbəb isə ərazidə yolların taksi və avtobus sürücüləri tərəfindən tutulmasıdır. "Gənclik Mall", "Azərsu" ASC-nin qarşısı və Şərifzadə küçəsində yerləşən ASAN xidmətin qarşısı günün bütün saatlarında tıxac olur.

Səbəb isə elə vətəndaşların özüdür. Sürücülər adları çəkilən ərazilərdə avtomobillərini 2-3-cü cərgədə belə saxlamaqdan çəkinmirlər və nəticədə böyük tıxacların yaranmasına səbəb olurlar. Onlar sadəcə "xəbərdarlıq işıqları"nı yandırmaqla işlərini bitmiş hesab edirlər.

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrini cərimə edir. Ancaq dəyişən heç nə yoxdur.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə "20 Yanvar" dairəsi ətrafı, "Azərsu" ASC yaxınlığında olan tıxac uzun illərin həll edilə bilməyən problemidir. Bu ərazidə problemin aradan qaldırılması üçün milyonlar xərclənsə də, arada heç nə yoxdur: “Şərifzadə küçəsindəki ASAN xidmətin qarşısında həqiqətən vəziyyət acınacaqlıdır. Qurumun binasından irəlidə və ya bir qədər aralı avtomobil saxlamaq mümkündür. Amma bizim insanlarda bir xarakter var ki, hara gedirlərsə, avtomobili mütləq obyektin qarşısında saxlamalıdırlar. Fikrimcə, hər hansı bir obyekt tikiləndə və ya icarəyə götürüləndə parklanma yerləri mütləq şəkildə nəzərə alınmalıdır".

E. Muradlı əlavə edib ki, "Gənclik Moll" ətrafında da vəziyyət qeyd etdiyimiz kimidir. Problemi isə əsasən taksi sürücüləri yaradır.

"Ancaq onları da qınamaq olmaz. Çünki BNA taksilər üçün duracaqlar ayrılacağını qeyd etsə də, hələlik küçələrdə taksilərin saxlanılması üçün ərazilər ayrılmayıb. Bu məsələ həll edilmədiyi üçün sürücüləri də günahlandırmaq olmaz" – deyə ekspert əlavə edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeyd edilən yerdə mütəmadi olaraq BNA əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçirilir:

"Xüsusi olaraq qeyd edim ki, “20 Yanvar” ərazisində nəzarət tədbirləri olan zaman dayanma və durma qaydalarının pozulması hallarına da az rast gəlinir və yolda hərəkət də normallaşır. Lakin əməkdaşlar ərazidən uzaqlaşan kimi yenidən qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar və digər nəqliyyat vasitələrinin sürücüləri avtobus dayanacaq məntəqəsinə daxil olurlar. Nəticədə xoşagəlməz mənzərə yaşanır".
M. Ağayev əlavə edib ki, artıq Nərimanov ərazisində Fətəli Xan Xoyski küçəsində, yəni "Gənclik Mall"ın qarşısında intellektual nəzarət kameraları quraşdırılıb.

Daha sonra teref.az onu da qeyd edib ki,"İntellektual nəzarət kameralarının artırılması planlaşdırılır. “20 Yanvar” dairəsi ətrafında, Şərifzadə küçəsində və Gənclik metrosu yaxınlığında nəzarət kameraları quraşdırılacaq" – deyə Mais Ağayev əlavə edib.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR