SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Təzə başçı özünə məşğuliyyət tapıb...

10-05-2019, 11:30 | Oxunub: 11 530 |

 Təzə başçı özünə məşğuliyyət tapıb...

Son günlər Azərbaycan səhiyyəsinin müəyyən çatışmazlıqları haqqında mətbuatda neqativ yazılar dərc olunmaqdadır.Bu xoşagəlməz yazılar dərc olunmağına baxmayaraq nədənsə səhiyyəmiz bəzi qəssab həkimlərin sayəsində günü-gündən geriləməyə başlayır.

Hər gün ana və uşaq ölümləri, xəstələrə qoyulan səhv diaqnozlar bunları deməyə əsas verir.Prezident İlham Əliyev və I vitse prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan səhiyyəsi üçün müasir tipli avadanlıqların gətirilməsi, onların xalqın ixtiyarına verilməsi bizlər üçün danılmaz faktdır. Amma nədənsə bəzi baş həkimlər və cəllad həkimlər öz işlərinə qeyri-səmimi yanaşmaqla yanaşı, həm də xəstəxanaları bazara çevirirlər.

Bu baş həkimlərdən biri də uzun illərdir Goranboy rayon Mərkəzi Xəstəxanasında işləyən Budaqov Rüstəm Abdulla oğludur. Rüstəm həkimin ixtisası cərrah olsa da, baş həkimliklə cərrahlığı səhv salıb. Goranboy rayon eks icra başçısı, cənab prezidentin məlum sərəncamı ilə isə hal-hazırda Ağstafanın icra başçısı işləyən Nizaməddin Quliyevin yaxın adamı sayılan Rüstəm Budaqov yenə də özünə arxayınlıqla köhnə qaydalarla işləyərək Goranboy sakinlərinin və səhiyyəsinin əsl qəniminə çevrilib.Bu gün dövlət xəstənalarında xəstələrə xidmət pulsuz olsa da, Goranboy Mərkəzi xəstəxanasında isə açıq bazar və konkret qiymətlər höküm sürür. Goranboy xəstəxanasına müraciət edən xəstələr konkret olaraq baş həkim Rüstəm Budaqovun apteklərindən eyni qaydalı reseptlərə iynə-dərman almalı,əgər almasa həmin xəstənin vəziyyəti demək olar ki, çox ağır olar.

Dövlətin qeydiyyatında olan şəkər xəstələrinə,vərəm xəstələrinə müalicə və dərmanlar pulsuz olduğu halda, Goranboyun baş həkiminə bunun heç bir aidiyyatı yoxdur. Azerbaycanrealligi.com xəbər verir ki, Xəbəral.az saytına mənbə bildirdi ki, Goranboyun eks icra başçısı Nizaməddin Quliyevin “Söz Anbarı və Silahdaşı” yəni məmurlardan icra başçısına şikayəti birbaşa Rüstəm Budaqov edirmiş.

Emtv.az xəbər verir ki,Rüstəm Budaqov Goranboy rayonuna yeni təyin olunmuş icra başçısı Məhərrəm Quliyevə qarşı rayonda anti-təbliğat aparır və özünü köhnə qaydalarla söz sahibi etmək istəyir. Bir sözlə, icra başçısı Məhərrəm Quliyevi özündən asılı etdirmək istəyir. Lakin icra başçısı Məhərrəm Quliyev, rayonun baş həkimi Rüstəm Budaqovun müəyyən təkliflərini rədd edərək, rüşvətsiz işləməyini təklif etsə də, Budaqov bu təklifə yox deyərək, özünəməxsus qanunlarla işləməyə davam edib.

Mənbə bildirib ki,Goranboyda şəhid ailələri,məcburi köçkünlərə qarşı baş həkim tərəfindən olunan hörmətsizlik Azərbaycanın heç bir bölgəsində yoxdur. Sakinlərə qarşı kobudluq,müalicə üçün konkret qiymətlər artıq Goranboy əhalisini təngə gətirib.Demək olar ki,Məhərrəm Quliyev Goranboya az vaxtda icra başçısı təyin olunsa da, dəfələrlə baş həkimə bu qanunsuzluqlara son qoymağa çağırsa da, yenə də Rüstəm Budaqov eks icra başçısı Nizaməddin Quliyevin rayonda qoyduğu qanunlarla işləməyə davam edib.

Goranboy sakinləri xəbəral.az saytı vasitəsi ilə rayonun baş həkimi Rüstəm Budaqovun özbaşınalığına son qoymaq üçün Cənab prezident İlham Əliyevdən və Səhiyyə Naziri Oqtay Şirəliyevdən kömək və xahiş etdilər.Bir sözlə, rayon sakinləri artıq çıxılmaz vəziyyətə düşüblər və gözləyirlər ki, baş həkim Rüstəm Budaqov nə zaman işdən azad olunacaq və Goranboy Səhiyyəsi ağ günə çıxacaq.

Sözügedən məsələni gündəmdə saxlayırıq. Goranboy səhiyyəsindəki özbaşınalıqlar haqqında daha ətraflı sizlərə məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR