SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qafqazın iki ən böyük ticarət mərkəzi İFLİC DURUMDA - İş adamları gömrükdən şikayətçidir

10-05-2019, 11:22 | Oxunub: 12 098 |

Qafqazın iki ən böyük ticarət mərkəzi İFLİC DURUMDA - İş adamları gömrükdən şikayətçidir

“Binə” və “Sədərək” Ticarət mərkəzlərində çalışan sahibkarların fəaliyyətində problem yaranıb.

Buna səbəb son 1 il ərzində gömrük və vergi orqanlarının işindəki dəyişiklik göstərilir. Emtv.az xəbər verir ki,sahibkarlarınn yerli KİV-lərə verdiyi açıqlamaya görə, ticarət mərkəzlərində çalışanlar böyük problemlərlə qarşılaşıblar:

“Son 1 il ərzində daşımaçılıq xidmətinin qiyməti 150 faiz artıb.Bu gün Çin Xalq Respublikasından Azərbaycana gətirilən müxtəlif mallar üzrə daşımaçılığın 1 kubu 750 dollar civarında dəyişilir. Bu qiyməti yenidən 1000 dollara qədər artırmaq planları var. Bu da ilk növbədə sahibkarlar üçün əlavə vəsait itkisidir, bundan əlavə, malın maya dəyərinin kifayət qədər bahalaşmasına gətirib çıxarır. Təbii ki, bütün bunlar nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə təkan verir.Uzun illərdir “Binə” və “Sədərək” Ticarət Mərkəzi ilə çalışan Rusiyadakı sahibkarların heç biri artıq bu bazarda görünmür.Səbəb də daşımaçılığın baha olmasıdır.Ümumiyyətlə, Azərbaycan MDB məkanında daşımaçılıq xidmətinin baha olmasına görə ən öndə gedən ölkədir.Məsələn, Çinin Quanco şəhərindən Moskvaya yükün 1 kiloqramı 2 dollardır.Amma Quanco şəhərindən Bakıya yükün 1 kiloqramı 5 dollara yaxındır.Azərbaycana Quancodan vurulan 1 kub mal 750 dollardır.İstanbuldan Bakıya vurulan malın 1 kiloqramı 3.70 dollardır, amma İstanbuldan Dağıstana vurulan malın 1 kiloqramı 2 dollardır.1 kub mal da 170-200 kiloqram ağırlığında olur.Yay və qış mallarına görə kubun çəkisində fərq olur.İndi isə 1 kub malın qiymətini 1000 dollara qədər artırmağı planlaşdırırlar”.

Sahibkarın sözlərinə görə, iki gündür “Binə” və “Sədərək” Ticarət Mərkəzlərində çalışanlarla Çindən karqo xidməti göstərən şirkətin rəhbəri arasında ardıcıl görüşlər keçirilib: “Sahibkarlar artan daşımaçılıq xərclərinə haqlı etirazların bildiriblər. Karqonun rəhbəri isə artımın səbəbini onlar tərəfindən yox, Azərbaycan Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi rüsumlarla əlaqələndirib.Bütün sahibkarlar çıxılmaz vəziyyətə düşüb.Bu məsələnin yolunu tapıb həll etmək lazımdır.Ölkə prezidenti İlham Əliyev dəfələrlə sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınmasını, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində tapşırıqlarını verib.Amma bu gün Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi “tədbirlər” sahibkarın bütün maraqlarına ziddir.Azərbaycanda yükdaşımaçılıq xidmətlərinin qiyməti fantastik həddə qalxıb.Qiymət artdıqca ölkəyə gələn müştərilərin sayı da azalır, alıcılıq qabiliyyəti də aşağı düşür.Bütün bunlar nəticədə ümumi ticarət dövriyyəsinə mənfi təsir edəcək.Burada sahibkarlardan öncə dövlət itirir.Qiyməti artırmaqla büdcəni doldurmaq heç də doğru yol deyil, əksinə, qiymətləri endirib xarici ölkələrdən Azərbaycana daha çox müştəri cəlb etməklə ticarət dövriyyəsini qaldırmaq mümkündür.Bu da nəticə etibarilə, ölkənin həm vergi, həm gömrük orqanlarına daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxara bilər”.

Digər bir sahibkar Samir Əliyev isə “Cümhuriyət” qəzetinə bildirib ki, karqo gətirdikləri malları hər gün bir qiymətə onlara çatdırır:

“Bu gün 1 kub malı 500 dollara gətirən karqo sabah eyni həcmdə malı bizə 650 dollara, o biri gün 700 dollara gətirir. Çindən Azərbaycana gətirilən malı 20 gün də karqoda saxlayırlar. Səbəb nədir?Sonra da məlum olur ki, malın kubunu 100 dollara qaldırıblar.Tutaq ki, mənim 10 kub malım gəlib, karqoya 6 min dollar ödəyib malımı oradan çıxardırdım.Amma bu gün deyirlər ki, 7 min dollar verməlisən.Artıq sahibkarlar bunu edə bilmir.Maya dəyəri 6 manata olan malın qiymətini artırıb 7 manata sata bilmirik.İrandan, Gürcüstandan, Dağıstandan gələn bütün müştəriləri itirmişik. Baha malı kimə satmaq olar axı?

Prezidentimiz dəfələrlə vurğulayıb ki, sahibkarı incitmək olmaz.Amma bu gün bir qrup şəxslər öz maraqları naminə Prezidentin tapşırıq və göstərişlərinin əksinə işlər görürlər.Hesab edirik ki, dövlət başçımızın bundan xəbəri yoxdur.Əgər xəbəri olsa, bizə öz köməkliyini göstərər.

Karqoda qiymət artımı barədə sahibkarı ən azı bir ay öncədən xəbərdar etməlidirlər. Yatıb yuxu görürlər, sabah qiyməti artırırlar. Bu, dövlət orqanıdır, bazar deyil ki, gündə bir qiymət deyə.Bir gün içində qiymət qalxar? Minlərlə sahibkarın malı karqoda saxlanılır. Çin karqo bizə deyir ki, yükdaşımada qiymətləri Dövlət Gömrük Komitəsi artırır.Artıq işləyə bilmirik, bu məsələnin həll olunmasını istəyirik”.

Daha sonra dia.az onu da qeyd edib ki,Samir Əliyev onu da qeyd edib ki, təxminən 2-3 il bundan öncə karqo 350 dollar olub:

“Sonradan ödənişi 650 dollara qədər artırdılar. Üstəgəl, vergi, yer haqqı və digər xərcləri aybaay ödəyirik.Dünən Çindən 4 kub malım gəlib, amma karqo ikisini verib, ikisini saxlayıb.Eyni maşınla, eyni konteynerlə qeydiyyatdan keçən və eyni yolu gələn malın ikisini 600 dollara, ikisini də 700 dollara verirlər.Bu cür işləmək olmur. Biz o malı satıb ödənişlərimizi etməliyik. Mövsüm bitəndən sonra karqoda qalan malı sahibkara verməyin heç bir əhəmiyyəti də qalmır. Həm pulumuzu alırlar, həm də özümüzü incidirlər.Xahiş edirik sahibkarlara qarşı yönələn bu qanunsuzluğa son qoyulsun”.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR