SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bu gün "Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir - FOTOLARI

9-05-2019, 21:53 | Oxunub: 12833 |

Heydər Əliyev bütün dünyaya belə bir həqiqəti qəbul etdirdi ki,
Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir - Faiq ƏHMƏDOV


Bu gün "Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir - FOTOLARI

“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov, Nazirlər Kabineti yanında itgi və təlafatların qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri Firdovsi Kazımov və “Azərbaycanın Səsi” İctimai Birliyinin sədr müavini Almaz xanım Allahverdiyeva, Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdilər.

Emtv.az xəbər verir ki, hər il olduğu kimi bu il də “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov, Nazirlər Kabineti yanında itgi və təlafatların qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri Firdovsi Kazımov və “Azərbaycanın Səsi” İctimai Birliyinin sədr müavini Almaz xanım Allahverdiyeva Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar Fəxri Xiyabanda xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri qoyaraq, baş əyib ruhuna dualar oxumuşlar. Daha sonra Faiq Əhmədov, Firdovsi Kazımov, Almaz Allahverdiyeva görkəmli Oftolmoloq, alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını da ziyarət edərək üzərinə gül dəstələri qoyaraq xatirəsini anıblar.

Qeyd edirik ki, Esmamedia TV-nin əməkdaşları da bu fürsətdən yararlanaraq Nazirlər Kabineti yanında itgi və təlafatların qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri Firdovsi Kazımovdan və “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovdan bu tarixi gün barədə bəzi fikirlərini öyrənmək qərarına gəliblər.

- Faiq müəllim, biz adətən “Azərbaycanın Səsi” İctimai Birliyinin bu kimi tədbirlərdə daha çoxsaylı heyətlə təmsil olduğunu görmüşük. Bu gün isə, Sizi sadəcə üçlükdə görürük. Bu bir təsadüfmüdür, yoxsa bugünkü proqram elə bu cür də tərtib olunub?

- Əslində “Azərbaycanın Səsi” İctimai Birliyi Ulu Öndərin doğum günü ilə bağlı təşkil etdiyi tədbiri bu dəfə Gəncə şəhərində keçirəcək. Və biz bu məqsədlə sabah Gəncəyə yola düşəcəyik. Lakin bildiyiniz kimi bu gündə xalqımız faşizmin üzərində qələbənin növbəti il dönümünü bayram edir. Buna görədə biz gördüyünüz kimi, mən "Azərbaycanın səsi" ictimai birliyinin sədri olaraq eləcədə Firdovsi müəllim Kazımov və Almaz xanım Allahverdiyeva bir daha Ulu Öndərimiz Heydər Əliyevin məzarını ziyarət etmək üçün bura gəlmişik. Qeyd etmək istəyirəm ki, ümummilli liderimiz hər zaman çıxışlarında deyirdi ki; "Azadlığı qoruyub saxlamaq, Azadlığı əldə etməkdən qat-qat çətindir". Bununla belə məhz Heydər Əliyev bütün dünyaya belə bir həqiqəti qəbul etdirdi ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir.

- Faiq müəllim bu dəfəki, tədbiri Gəncə şəhərində keçirməyinizin səbəbi nə oldu?

- Bilirsiz ki, “Azərbaycanın Səsi” İctimai Birliyi hər il, ümummilli lider Heydər Əliyevin istər doğum günü, istərsədə anım günü münasibəti ilə xeyriyyə tədbirləri keçirib, ehsan süfrələri açıb, əhalinin az təminatlı təbəqəsinə aid olan insanlara yardımlar paylayır. Təbiiki, ötən illər ərzində bizim keçirdiyimiz bu tədbirlər istər ölkə mətbuatında, istərsədə sosial mediada kifayət qədər işıqlandırılıb və bu barədə ölkə ictimaiyyəti yetərincə məlumatlıdır. Bu səbəbdəndə bizim birliyə mütəmadi olaraq ehtiyacı olan insanlar tərəfindən müraciətlər daxil olur. Bu dəfə də Gəncə şəhərindən aldığımız müraciətləri nəzərə alaraq tədbirimizi məhz orada keçirmək qərarına gəldik. Eyni zamanda da Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində sabah andiçmə mərasimi keçiriləcək və “Azərbaycanın Səsi” İctimai Birliyinin Gənclərlə Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun əməkdaşlarından biridə məhz həmin hissədə hərbi xidmətdədir. Buna görədə biz hərbi hissənin komandanlığı ilə razılıq əldə edərək and içmə mərasimində iştirak edəcəyik.

"Azərbaycanın Səsi" İctimai Birliyinin "İctimaiətlə Əlaqələr Şöbə"sinin müdiri
Nəzrin Abbaszadə.
Foto: Tufana məxsusdur

Emtv.az

Bu gün "Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir - FOTOLARI
Bu gün "Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir - FOTOLARI
Bu gün "Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir - FOTOLARI
Bu gün "Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir - FOTOLARI
Bu gün "Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir - FOTOLARI
Bu gün "Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir - FOTOLARI
Bu gün "Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir - FOTOLARI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR