SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi... - FOTO

9-05-2019, 10:04 | Oxunub: 7011 |

9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi... - FOTO

Qəmbərov Abbas Əli oğlu 1919-cu ildə Ermənistanın Kənəkir rayonunun Göykilsə kəndində anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunun Qovlar qəsəbəsində oxumuş, məktəbi bitirdikdən sonra Qazaxda Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Təhsilini bitirdikdən sonra Tovuz rayonunda müəllim kimi fəaliyyətə başlamış, eyni zamanda rayonun Komsomol Komitəsinin fəal üzvü olmuşdur.

1939-cu ildə o, Leninqrad şəhərinə könüllü hərbi xidmətə yola düşmüşdür və əsgərlikdə olarkən SSRİ-Finlandiya müharibəsinin (1939-1940) iştirakçısı olmuşdur. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar Abbas Qəmbərov könüllü şəkildə döyüşlərə qoşulmuş, donanmalarda (13-cü qvardiya tank briqadası, 235-ci atıcı diviziyası və s.) Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında Avropanın müxtəlif ölkələrində: Polşa, Çexoslovakiya, Belarusiya, Almaniya və s. şanlı döyüş yolu keçmişdir. Hərbi əməliyyatlarda ağır yaralanmağına baxmayaraq, Böyük Vətən Müharibəsinin son gününə kimi qəhrəmancasına vuruşmuş və 9 May 1945-ci ildə faşizm üzərində qələbə sevincini döyüş yoldaşları ilə birgə Berlində qeyd etmişdir.

1946-cı ildə Vətənə döndükdən sonra göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilmiş və Böyük Vətən Müharibəsi veteranı adına layiq görülmüşdür. 1950-ci illərdə o, Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmiş və uzun illər həmin universitetdə, sonralar ömrünün sonunadək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda institutun Veteranlar şurasının sədri və Partiya təşkilatının fakültə üzrə sədri kimi ictimai işlərdə fəal iştirak etmişdir. A.Qəmbərov 1991-ci ildə Bakıda vəfat etmişdir.

Abbas Qəmbərov yanvar ayında dünyaya gəlsə də, 9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi. Odur ki, onun övladları, yaxınları bu il Qələbə Günü onun 100 illik yubileyini qeyd edirlər və belə cəsur, vətənpərvər, qəhrəman vətən övladı nəslinin nümayəndəsi olmaları ilə fəxr edirlər.

Seymur Rəhimov
Emtv.az



9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi... - FOTO
9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi... - FOTO
9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi... - FOTO
9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi... - FOTO
9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi... - FOTO
9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi... - FOTO
9 May Qələbə Gününü özünün ikinci doğum günü kimi qeyd edirdi... - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR