SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Rusiya bazarına pomidor ixracını artırıb

8-05-2019, 17:13 | Oxunub: 14 286 |

Azərbaycan Rusiya bazarına pomidor ixracını artırıb

"2018-ci ilin yekunlarına əsasən Azərbaycan Rusiyaya pomidor ixracını artırıb".

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

Onun sözlərinə görə, ötən ilin rəsmi statistikası hələlik açıqlanmasa da, əldə olunan məlumatlar 2018-ci ilin göstəricilərinin 2017-ci ildən daha yüksək olacağını gözləməyə əsas verir:

"Əgər 2017-ci ildə Rusiyaya 150 min ton pomidor ixrac olunmuşdusa, 2018-ci ildə bu rəqəm artıq oktyabrda qeydə alınmışdı. Pomidorlar ixrac olunan tərəvəz məhsulları arasında birinci yer tutur. Yaxın zamanlarda statistik məlumatlar regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfrans çərçivəsində açıqlanacaq".

Məhsulun keyfiyyətinə gəldikdə isə, B.Quliyev bildirib ki, bu baxımdan ciddi problem müşahidə olunmur, yerli məhsul yüksək keyfiyyətə malikdir və tərkibində GMO yoxdur:

"Azərbaycana GMO məhsullarının gətirilməsi qadağan olunub və bu, dövlət səviyyəsində nizamlanır. İstehsalçılar dövlət reyestrrinə daxil olan toxumları satın alır. İxrac və daxili bazar üçün nəzərdə tutulmuş meyvə-tərəvəz məhsullarının keyfiyyətinin yoxlaması demək olar ki, hər gün keçirilir. Bu məsələ Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Yoxlamalar həmçinin ticarət məntəqələrində də keçirilir. Ona görə də istehlakçılar məhsulların keyfiyyətindən əmin ola bilər".


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR