SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“AZƏRİQAZ”DA QAZ VURUB, QAZAN DOLDURANLAR

8-05-2019, 13:51 | Oxunub: 11 795 |

“AZƏRİQAZ”DA QAZ VURUB, QAZAN DOLDURANLAR

Emtv.az xəbər verir ki,Prezident cənab İlham Əliyev ötən həftə Nazirlər Kabinetində keçirdiyi müşavirədə əhalinin ən ağrılı yerlərindən biri olan qaz probleminə xüsusi diqqət göstərib.

SOCAR-ın nəzdində olan “Azəriqaz İstehsalat Birliyi”nin (İB) fəaliyyətini çox sərt tənqid edən Prezident cənab İlham Əliyev deyib: “Mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və maksimum şəffaflıq, ədalət olmalıdır. Yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm də qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır...”

Prezidentin yerində və dəqiq deyilmiş bu sözləri “Azəriqaz” İB-nın baş direktoru Əkbər Hacıyevin işini yarıtmadığının təsdiqidir. Bu da sənə gənc kadr. Hərçənd Ə.Hacıyevin 47 yaşı olsa da, çox gənc görünür. Bunun da səbəbi yəqin ki, olduqca soyuqqanlı və heç nəyi vecinə almamasıdır. Axı mətbuat və saytlarda Ə.Hacıyevin yarıtmaz fəaliyyətindən, onun bölgələrdəki işçilərinin korrupsiyaya yol verməsindən, sayğac dəyişdirilməsi zamanı abonentlərə artıq pullar yazılmasından və sair qanunsuzluqlar haqqında müxtəlif aylarda, illərdə çox kəskin və faktlarla dolu yazılar dərc olunub. Əgər vaxtında göstərilən nöqsanlara, yazılan tənqidlərə əhəmiyyət verilsəydi, bu gün Prezident tərəfindən Ə.Hacıyevin rəhbərlik etdiyi qurum belə sərt tənqidə məruz qalmazdı.

İstər regionlarda, istərsə də Bakı və Sumqayıtda olan “Azəriqaz” İB-nin tabeliyində olan qurumların əməkdaşlarından əhali boğaza yığılıb, desək məncə səhv etmərik. Sayğaca müdaxilə adı ilə “Azəriqaz” İB-nin rəsmiləri xalqın, sözün birbaşa mənasında, qanını sorurlar. Dövlət tərəfindən nə qədər vəsait ayrılsa da nəinki Azərbaycanın rayonları, kəndləri, hətta Bakının qəsəbələrinin, bağlarının tam qazlaşması mümkün olmayıb. Soyuq havalar başlayan kimi isə, qazın verilməsində fasilələr, zəifləmə və insanların dəm qazından boğulma faktları artıq adi hal alıb. Amma “Azəriqaz” İB-nin rəhbərliyi bütün bunlara görə heç bir məsuliyyət daşımır. Əksər vaxt qazı emal etmədən istehlakçıya verilməsi, dəm qazından boğulmalarda böyük rol oynayır. İndiyə qədər dəm qazından boğulub, dünyasını dəyişən hansı insanın ailəsinə “Azəriqaz” İB kompensasiya ödəyib? Bir dənə də olsun, belə bir fakt yoxdur. Axı emal olunmuş düzgün, yəni standartlara uyğun qaz əhaliyə verilsə, bu qədər də dəm qazından boğulmalar olmazdı. Qaza xüsusi maddə vurulmalıdır ki, qaz sızanda onu hamı hiss edə bilsin. Amma çox təəssüf ki, bu maddə vurulmadığından, sızan qaz hiss olunmur və nəticədə boğulma halları baş alıb gedir. Əgər kimsə məhkəməyə müraciət etsə belə, “Azəriqaz” İB-nin əhali qarşısında heç bir öhdəliyi olmadığı üçün hər hansı məsuliyyət də daşımayacaq. Necə deyərlər, sudan quru çıxacaq. Bu barədə mətbuata danışan Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib: “ “Azəriqaz” vətəndaşlarla müqavilə bağlayır, lakin üzərinə heç bir öhdəlik götürmür. Ev partlasın, yanğın olsun, qaz kəmərini kimsə kəssin, dəyişdirilsin, “Azəriqaz” İB-nin vecinə də deyil. Ötən müddət ərzində bir neçə partlayış baş verdi. Amma “Azəriqaz” günahkar olmadı. Niyə? Çünki heç bir öhdəlik üzərinə götürməyib”.

Bax buna deyərlər “dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib”. Dünyanın heç bir yerində belə bir hal yoxdur ki, müqavilə bağlanarkən istehsalçı ilə istehlakçı arasında qarşılıqlı öhdəlik olmasın. Yəni birtərəfli qaydada müqavilə bağlansın. Bütün öhdəliklər abonentlərin üzərinə yükləndiyindən vətəndaşlarla “Azəriqaz” İB arasında ciddi narazılıqlar yaranır. Mətbuatdan və saytlardan da məlum olur ki, “Sayğaca müdaxilə” bəhanəsi ilə hər ay minlərlə abonentə külli miqdarda cərimələr yazılır və bu cərimələr bəzən heç əsaslandırılmır. 2018-ci ilin statistikasına əsasən “Azəriqaz” İB-nin bu cür kütləvi özbaşnalığına qarşı 457 abonent məhkəməyə müraciət edib və nə qədər qəribə olsa da, istisnasız olaraq, qərarların hamısı abonentlərin xeyrinə olub. Məgər Əkbər Hacıyevin “Azəriqaz” İB-nin əleyhinə olan bu 457 məhkəmə qərarından xəbərsiz olub? Əlbəttə yox! Sadəcə minlərlə belə qanunsuzluğun qarşısında 457 fakt, Əkbər müəllim üçün həddindən artıq az olduğuna görə əhəmiyyət verməyib. Əgər “Azəriqaz” İB-nin əleyhinə olan o 457 məhkəmə qərarına vaxtında əhəmiyyət verilsəydi, bu gün Əkbər Hacıyev Prezidentin sərt tənqidinə tuş gəlməzdi.

Nöqsan birdimi, ikidimi, hansı birini deyəsən?! Elə son illərin qəzet və saytlarına nəzər yetirəndə məlum olur ki, Ə.Hacıyevin rəhbərlik etdiyi qurumdan olan şikaytlərin sayı-hesabı yoxdur. Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Azəriqaz”da olan nöqsanlardan konkret faktlar əsasında dəfələrlə mətbuatda məlumat verib. Onun 2016-cı ilin oktyabrında bir sayta verdiyi məlumatda oxuyuruq: “İki gündür ki, insanlar əziyyət çəkir. Körpə uşağı olan ailələr var. Mən o adamların yerində olsam, uşağımı aparıb Əkbər Hacıyevin otağındakı hamamda cimizdirərdim. Günahkardırlar, səlahiyyətlərini belə bilmirlər. İşlərini düzgün qura bilmədikləri üçün ölkə əhalisini 2 gündür ki, qazsız qoymaqla pis vəziyyətə salıblar. Ona görə də, bu rəhbərlik nəinki istefaya göndərilməli, hətta məsuliyyətə cəlb edilməlidir”.

Bu çıxış həmin ərəfədə Bakının əksər rayonlarında 2 gün mavi yanacağın verilməsində yaranan fasilələr zamanı olmuşdur.

Ə.Hacıyev bu tənqidlərdən nəticə çıxardımı? Yox! Ona görə də saytlar yazırdılar ki, Ə.Hacıyev “Azəriqaz”a qohum-əqrabasını yığıb. Hətta nəqliyyat sektoruna cavabdeh olan Ə.Hacıyevin qohumu Nizami Bayramovun “Azəriqaz”da at oynatmasından bəhs edən yazılar saytlarda bu gün də qalır. Bu yerdə “Bəxtiyar” filmindən klub müdiri Ağabalanın “Rza kimi qohumun başına daş düşsün” ifadələri yada düşür. “Azəriqaz”da olan nöqsanlar, qanunsuzluqlar o həddə çatıb ki, Əkbər Hacıyev öz qohum-əqrəbası olan idarə rəislərinin hamısına rəsmi xəbərdarlıq edib. 2017-ci ildə həmin idarə rəislərinə şiddətli töhmət verilən əmrdə oxuyuruq: “İstehsalçıların faktiki tələbatlarından artıq qaz qəbul edən Regional Qaz İstismarı İdarələri, Bakı Regional Qaz İstehsalı Departamenti, Sumqayıt Qaz İstismarı sahəsinə Birliyin aidiyyəti şöbələri tərəfindən dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, aprel ayında da RQİİ-lər, BRQİD və Sumqayıt QİŞ verilmiş tapşırığı icra etməmiş, nəticədə tələbatdan artıq qaz həcmləri qəbul edərək, normadan artıq qaz itkilərinə yol vermişlər”.

Göstərilən qaz itkilərini də, həmin o töhmət alan idarə rəisləri, yəni “qaz vurub qazan dolduranlar” “sayğaca müdaxilə” adı ilə vətəndaşların cibindən çıxartmağa çalışıblar. Ona görə də məhkəmələr abonentlərin xeyrinə qərar verib. Göründüyü kimi, Əkbər Hacıyev bu qədər qanunsuzluğa yəni koorupsiyaya yol vermiş idarə rəislərinə töhmət verməklə işi bitmiş hesab etmişdir. Adam bu yerdə müxtəlif şübhələrə düşməsin, neyləsin? Ə.Hacıyev kimi inandıra bilər ki, o nöqsanlardan onun xəbəri olmayıb? Xəbəri olmayıbsa, çox pis. Deməli, bu adam yerində deyil. Amma idarə rəislərinə verdiyi töhmətdən aydın olur ki, hər şeydən xəbəri olub. Yox, əgər xəbəri olub tədbir görməyibsə, onda şübhələnməyə də tam əsas var ki, Ə.Hacıyev bütün bu qanunsuzluqlara, koorrupsiyaya şərik olub.

Maraqlıdır ki, Prezidentin tənqidinin mürəkkəbi qurumamış Ə.Hacıyev həmin töhmət verdiyi idarə rəisləri ilə, yəni qohum-əqraba ilə geniş iclas keçirib və Prezidentin söylədiyi nöqsanları qısa vaxtda aradan qaldırılacağı barədə açıqlamalar verib. Amma heç bir qohum-əqrabanı işdən çıxarmağa cəsarət etməyib. O da maraqlıdır ki, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev deyilən nöqsanlarla razılaşmayaraq Prezidentin əleyhinə getməyə cəsarət edib. Belə ki, Prezident İlham Əliyev çıxışında deyir ki, “Həm sayğaclarla, həm də qazın keyfiyyəti ilə bağlı problemlər var”. Prezidentin bu çıxışından dərhal sonra moderin.az- a açıqlama verən R.Əliyev isə Prezidentin sözlərini təkzib etməyə çalışır. Gəlin onun açıqlamasını oxuyaq: “... Biz heç bir abonentə hüquq mühafizə orqanının, məhkəmənin qərarı olmadan dəymiş ziyanı tələb etmirik. Məhkəmə sayğaca müdaxilə edildiyini, dəymiş ziyanı təsdiqlədikdən sonra abonentə borcu barədə bildiriş verilir. Ümumilikdə “Azəriqaz” tərəfindən sayğaclara müdaxilə olunmur”.

Stop! Axı Prezident deyir ki, “Sayğaclarla bağlı problem var”. Amma R.Əliyev deyir ki, “Sayğaclara müdaxilə olunmur”. Hörmətli Ruslan müəllim, bu cəsarət sizdə haradandır ki, Prezidentin sözlərini təkzib edirsiniz? Sayğaclara müdaxilə olunmursa, yuxarıda qeyd etdiyim o 457 məhkəmə qərarı niyə sizin yox, abonentin xeyrinə olub? Ruslan müəllim, siz bu 457 məhkəmə qərarını tanımaya bilərsiniz, amma Prezidentin çıxışını yalana çıxarmaq cəhdi heç də yaxşı hal deyil.

Görünür bu R.Əliyev vaxtilə Ali Attestasiya Komissiyasının (AAK) sədrini əvəz etmiş Vəli Hüseynovla doktorluq məsələsində anlaşması pozulub və hələ də özünə gələ bilmir deyə nə danışdığının fərqində belə deyil. Məlumat üçün qeyd edim ki, Vəli Hüseynovla dostluğundan istifadə edib R.Əliyevin başı “Məişət qazı” mövzusunda doktorluq işi yazmağa qarışdığından heç o 457 məhkəmə qərarından da xəbərsiz olub. “Təzadlar”ın araşdırması nəticəsində R.Əliyevin doktorluq işinin və Vəli Hüseynovun özünün diplomunun şübhəli olması ortaya çıxdı və o, vəzifəsi ilə vidalaşmalı oldu. V.Hüseynovun vəzifəsi ilə vidalaşması dostu olan Ruslan Əliyevin də doktorluq işinin yarımçıq qalmasına səbəb oldu. Təzadlar-ın sayəsində Ruslan Əliyev başını necə itiribsə, indi də Prezidentin göstərdiyi nöqsanları danmaqla postunu da itirə bilər.


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR