SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Yaxşı maaş almaq, ailəmlə yaxşı yaşamaq mənim də haqqımdır…” - ŞİKAYƏT

8-05-2019, 13:43 | Oxunub: 10 694 |

“Yaxşı maaş almaq, ailəmlə yaxşı yaşamaq mənim də haqqımdır…” - ŞİKAYƏT

“Mən Məşğulluq İdarəsinin vasitəsilə Qazax Magistral Qaz Kəmərləri Sahəsi Qaz İxrac İdarəsində xidməti müqavilə ilə fərdi sahibkar kimi işləyirəm. Ailəm 5 nəfərdən ibarətdir, cəmi 250 manat maaş alıram. Təbii ki, bu maaş məni qane etmir”.Emtv.az xəbər verir ki, Məhəmməd Qasımov yerli KİV-lərə göndərdiyi şikayət məktubunda belə yazır.

Məktubda daha sonra bildirilib: “İşsizliyin aradan qaldırılması məqsədilə işlə təmin olunmuşam. Amma yarımçıq iş. Aldığım maaşla əlaqədar qanun pozuntuları haqqında baş idarədən yoxlama kimi gələn yuxarı vəzifəli nümayəndələrə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə şikayətlər etmişəm. Ancaq mənim şikayətlərimə baxmırlar.

Səbəb də onu göstərirlər ki, siz xidməti müqavilə ilə işləyirsiniz. Bizim işimizə nəzarət edənlərə üzümü tuturam: mənim müqaviləmin əmək müqaviləsinə dəyişdirilməsinə və maaşımın yüksəlməsinə köməklik göstərəsiniz.

Mən 2016-cı ildən işləyirəm. Vergi ödəyicisi kimi VÖEN açdılar, xidməti müqavilə ilə işə götürdülər. Bu nə dərəcədə doğrudur? Müqaviləmdə 276 manat aklad maaş göstərildi. Sosial sığorta, vergi, bank xərcləri çıxdıqdan sonra karta 250 manat köçürüldü.

Bu pulu da çıxartmaq mümkün deyil. Çünki sadələşdirilmiş vergi adı ilə 2 manat 50 qəpik tuturlar. 2018-ci ilin axırı müqaviləni təzələyəndə akladı 288 manat 20 qəpik etdilər. Yəni 12 manat 20 qəpik artım oldu. Bu da bizim xeyrimizə yox, öz xərcləri üçün. ASAN Xidmətlə, “Asan imza” ilə əlaqədar müqavilə bağladıq. 2 manat 50 qəpik də buna çıxıldı.

Daha sonra azpolitika.info onu da qeyd edib ki,minumum əmək haqqı 130 manatdan 180 manata qalxanda sosial sığorta hər ay bizdən tutulan 15 manat 60 qəpiyi 21 manat 60 qəpik etdi. Yəni, bizə heç bir xeyri olmadı. Üstəlik, aldığımız puldan da 6 manat kəsdilər. Mənim bu qədər xırdalıqları yazmağımın məqsədi budur ki, bu sahədə necə özbaşınalıqlar edildiyini biləsiniz. Görün, maaşımızın üzərində necə oyunlar oynanılır. Yuxarıda oturan qurumların bu məsələlərlə ciddi məşğul olmalarını xahiş və tələb edirəm. Bir azərbaycanlı kimi yaxşı maaş almaq, öz ailəmlə yaxşı yaşamaq mənum də haqqımdır. Diqqətinizə görə sağ olun”.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR