SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qaçqınkom heç bir məhkəmə qərarı tanımır-Qaraçuxur sakinləri qapılarda

8-05-2019, 11:11 | Oxunub: 9 809 |

Qaçqınkom heç bir məhkəmə qərarı tanımır-Qaraçuxur sakinləri qapılarda

Son günlərdə Cənab Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən məcburi köçkünlərin məişət problemlərinin yaxşılaşdırılması məqsədi ilə onlara yaşayış evlərinin tikilib, yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırıqlar Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən nədənsə düzgün idarə olunmur.

Belə ki, 1992-93-cü illərdə öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlər Bakıya ,o cümlədən, ayrı-ayrı bölgələrimizə üz tutaraq məcburi şəkildə yaşayış evlərinə daxil olaraq yaşamağa başlamışdılar.Sözügedən məsələdən də əziyyət çəkən bəzi,yerli sakinlər öz yaşadıqları evi onlara müvəqqəti verərək kirayələrə köçməli olublar.

Amma köçdükdən sonra artıq neçə illərdir ki,həmin yerli sakinlər özləri əziyyət çəkərək doğma evlərindən didərgin düşərək küçələrdə və kirayələrdə yaşamalı olublar.Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 Fevral sərəncamı ilə Bakı şəhərində başqasına məxsus, köçkün ailələrinin müvəqqəti məskunlaşdığı evlərin köçürülməsi nəzərdə tutulmuşdur.Amma nədənsə Suraxanı rayonu Qaraçuxur Qəsəbəsi 40 42/60 ev 45-in sakinləri 1992-93-cü illərdə məcburi köçkünlərin onların evini zəbt etdiyindən sakinlər öz evlərinə köçə bilmirlər.

Emtv.az xəbər verir ki,yerli KİV-lərə müraciət edən qəsəbə sakinləri:

Həşimov Arif Sədrəddin oğlu
Yasinova Məkurə Ələmşah qızı
Nəcəfov Ramiz Məmmədəli oğlu
Qarayev Hidayət Dursun oğlu
Məlikov Mehman Məlik oiğlu
Usubova Məryəm Saleh qızı
bildirdilər ki,neçə illərdir bütün məhkəmə prosesləri onların xeyrinə qərar versə də, amma nədənsə Qaçkınkom onları get-gələ salıb, vətəndaşlar kirayədə yaşamalı olublar.

Suraxanı rayonu Qaraçuxur Qəsəbəsi 40 42/60 ev 45 in sakinləri Xəbəral.az saytına ünvanladıqları məktubda deyilir:

” Onların hələ də öz evlərinə köçrülməmələrinin səbəblərini bu cür izah etdilər!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il
2 Fevral tarixli 45 saylı sərəncamı ilə Qaçkınkomun köməkliyi ilə vaxtı ilə qeydiyyatdan çıxıb ayrı-ayrı yerlərdə məskunlaşan köçkünlər əlavə mənzillər almaq üçün yenidən qeydiyyata qayıdıblar.Qaçqınkomun maraqları daha çox qanunsuz evlər satmaq və yaxud özünə sərfəli yataqxanaları boşaltmaqdır.Elə olmasaydı bizim bina qəzalıdır,zirzəmisi su ilə doludur,antisantariya baş alıb gedir,qaz yoxdur,amma nədənsə bizim bina siyahıya düşmür,əvəzinə təmirdən çıxmış Ziya Binyadov prospektində yerləşən bina və yaxud Kövkəb Səfərəliyeva küçəsindəki yataqxana və sairə bunlar köçrülməzdi.25 ildən artıqdır ki,mülkiyyət hüquqlarımız pozulub.Bəzi məmurlarımız hər bir işdə öz xeyirlərini axtarırlar,qanun,haqq,ədalət onlara aid deyil.


Qaçqınkom hər dəfə bizə Mərhum Ulu Öndərimiz Heydər Əliyevin sərəncamına əsaslanaraq “məcburi köçkünlər yerləşdiyi yerdən çıxa bilməz” ifadəsini bizlərə bəhanə gətirərək biz sakinləri küçələrdə yaşamağa məcbur edirlər.”

Bir sözlə, qəsəbə sakinləri öz evlərinə həsrət qalıb. Vətəndaşlar Xəbəral.az saytına onu da bildirdilər ki,QAÇQINKOMUN sədri Rövşən Rzayev eks sədr Əli Həsənovun ölənlərinə rəhmət oxutdurur. Hara gedirik bizə deyirlər ki,Rövşən müəllim desin biz də edək “biz kimik ki”.

Baş Nazirin müavini eks- Bakı Meri Hacıbala Abutalıbovla da görüşmüşük oda bizə vəd verdi ki,mən Rövşən Rzayevə tapşıracam “hələ də tapşırır indi də”…
Vətəndaşlar onu da qeyd etdilər ki, Qaçqınkomun sədri Rövşən Rzayev kimi məmurlar insanları dövlətdən narazı salır. Doğurdan da dəhşətdir, bir neçə ailə illərdir ki,vaxtı ilə əziyyəti ilə aldığı evlərinə həsrət qalıblar. Cənab Prezident İlham Əliyev məcburi köçkünlərə yeni mənzillərin verilməsinə dair göstərişlər versə də, sözügedən qəsəbədən birdənə də olsun köçkün ailəsi köçrülmür. Prezident ilin sonuna qədər altı minə yaxın (6000 AZN) köçün yeni mənzillə təmin olunub, yenə də Suraxanı rayon Qaraçuxur Qəsəbəsi 40 42/60 ev 45-dən bir məcburi köçkün köçürülməyib. Açıq aşkar görünür ki, Qaçqınkomun qəsəbə sakinlərindən nəsə umacaqları var.
Qəsəbə sakinləri Xəbəral.az saytına onu da bildirdilər ki, əgər şikayətlərinə baxılmasa prezident aparatının qarşısına yürüş edəcəklər.


Biz də Emtv.az saytı olaraq sözügedən məsələni gündəmdə saxlayıb sizlərə geniş məlumat verəcəyik.


Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Sevinc Əlimova
Emtv.az



Qaçqınkom heç bir məhkəmə qərarı tanımır-Qaraçuxur sakinləri qapılarda

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR