17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Nazirlik əmək haqqının minimum məbləğinin 180 manat müəyyən edilməsi barədə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, ölkəmizdə əmək haqqının minimum məbləği martın 1-dən 180 manat müəyyən olunub. Bu o deməkdir ki, iş yerlərində minimum əmək haqqının məbləği 180 manatdan az ola bilməz. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.
Qeyd olunub ki, bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin Elektron İnformasiya Sistemində əhatə olunub. Yəni həmin sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqlarını real vaxt rejimində görməyə imkan verir. Əgər cari ilin 01 martına qədər hansısa işəgötürən 180 manatdan aşağı məbləğdə əmək haqqı müəyyən edibsə, martın 1-dən bu məbləğin 180 manat çatdırılması barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılması həyata keçirilib.
Elektron sistemdə minimum əmək haqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.
Nəzrin Abbaszadə
Emtv.az