SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Adlarını çəkməyim onlara şərəf olar” - Tünzalə küsülü olduğu həmkarları haqda

6-05-2019, 19:20 | Oxunub: 11 053 |

“Adlarını çəkməyim onlara şərəf olar” - Tünzalə küsülü olduğu həmkarları haqda

Əməkdar artist Tünzalə Ağayeva yerli mediayalardan birində yayımlanan "Söhbətsiz" proqramının qonağı olub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, ifaçı söhbət zamanı küsülü olduğu həmkarları barədə söz açıb:

"Röya ilə davam olmayıb. Xırda-para olub. O, getdiyi yolu, işini çox yaxşı bilən qızdır. Onun xasiyyətin sevirəm. Gördüyü işlərə sevinirəm. Heç vaxt düşünməmişəm ki, kiməsə söz atım, gündəmə gəlim. Bu, mənim üçün boş gündəmdir. Gözümün qarşısında olan hadisələr məni iyrəndirməsəydi, yenə də səthi baxardım. Vəziyyət o yerə gəldi ki, gözümdə çox şey əyildi və aşağı düşdü. Adlarını açıqlamaq istəmirəm, onlara böyük şərəf olar. Bu barədə danışmaq da istəmirəm. Heç vaxt mən yaxşıyam, başqaları pisdi deyə fikirləşməmişəm. Məni şou-biznes tərbiyyə etməyib, atam-anam edib. Bu gün adım mənə pul gətirir. Ona görə şou-biznesdə varam ki, gerçək musiqiçiyəm. Hədəfim bu olmayıb, müəllim işləyirdim. Mən 6 yaşımdan Tünzalə Ağayevayam. Kiminsə gözündə əyri görünməyimin, həyatıma istisi-soyuğu yoxdur. Kimsə nədənsə qıcıqlanırsa, deməli, onun psixoloji problemi var".

O, daha sonra aparıcı Samir Bayramlının "Səs Azərbaycan" layihəsində jüri kimi hansı müğənnilər görmək istəyərdiniz" sualına belə cavab verib:

"Röyanı, Samirə Allahverdini, Sevda Ələkbərzadəni, Samir Cavadzadə, Elnur Hüseynovu həm kütlələrinin olmağı, həm də zövq baxımından jüridə görmək istəyərdim".

Rasim Mirzeyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR