SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Astara rayonunun sitrus bağlarında naməlum xəstəlik yayılıb

6-05-2019, 16:46 | Oxunub: 10 365 |

Astara rayonunun sitrus bağlarında naməlum xəstəlik yayılıb

Cənub mərkəzinin məlumatına görə, bir neçə gün ərzində xəstəlik rayonun Siyəkü ərazi vahidliyinə daxil olan Rinə, Təxtənəkəran, Vaqo kəndlərində 200 hektardan çox əraziyə yayılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,kənd sakinləri bu barədə əlaqədar qurumlara məlumat veriblər.

Astara Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri ərazilərə baxış keçirib, bitkilərin yarpaqlarından nümunələr götürüblər. Lakin hələ ki xəstəliyin mənşəyi və törədicisi aşkar edilməyib. Bağlarda isə xəstəlik çox böyük sürətlə yayılmaqdadır. Bir gün ərzində yarpaqlarda saralma, büzüşmə baş verir, daha sonra isə budaqlara və kökə keçir.

Təsərrüfat sahibləri isə ağaclara vaxtında lazımi aqrotexniki qulluq göstərildiyini, dərmanlama, gübrələmə, budamanın vaxtında həyata keçirildiyini bildiriblər. Bəzi bağ sahibləri bu xəstəliyin hava ilə yayıldığını ehtimal edir.

Astara Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fərhad Rzayev isə sitrus bağlarında müşahidə olunan vəziyyətə ilkin səbəb kimi göbələk xəstəliyini göstərib: "Siyəkü kəndində sitrus bitkilərində, əsasən də, narıngi sahələrində, ötən həftədən müşahidə olunan xəstəlik ilkin variant kimi göbələk xəstəliyidir. Amma buna baxmayaraq, daha dəqiq nəticəni bilmək üçün nümunə götürmüşük, aidiyyəti təşkilatlara göndərmişik. Çox güman ki, xəstəliyin törədicisi var. Laborator analizlər Qida Təhlükəsizliyi Agentliyində aparıldıqdan sonra yekun cavab veriləcək. Biz də davamlı şəkildə ərazini nəzarətdə saxlamaqla bu xəstəliyə qarşı metodiki tapşırıqlarımızı, tövsiyələrimizi verəcəyik. Xəstəlik Siyəkü ərazi nümayəndəliyində bir neçə kənddə - Vaqo, Təxtənəkəran kəndlərində 200-300 hektar sahəni əhatə edir".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR