SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərində lift təsərrüfatı yenilənir

6-05-2019, 15:21 | Oxunub: 11 346 |

Naxçıvan şəhərində lift təsərrüfatı yenilənir

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Naxçıvan şəhərində lift təsərrüfatı müasirləşdirilir. Ölkə başçısının bu ilin mart ayında “Çoxmərtəbəli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq sərəncamı bu sahənin maddi-texniki bazasını daha da gücləndirəcək.

Sərəncama müvafiq olaraq muxtar respublikamızda lift təsərrüfatının fəaliyyətinin genişləndirilməsi məqsədilə 449 min manat vəsait ayrılıb. Göstərilən dövlət qayğısı nəticəsində Naxçıvan Şəhər Lift Təmiri və İstismarı İdarəsinin fəaliyyətini daha da yaxşılaşdırıb. İdarənin sahə rəisi Tural Allahverdiyev ayrılan vəsaitin 297 min manatının Naxçıvan şəhərində 6 köhnəlmiş liftin yenisi ilə əvəz olunmasına sərf ediləcəyini bildirib. Bu məqsədlə Türkiyənin “Kağan” firması ilə yeni liftlərin alınması barədə müqavilə bağlanıb. Şəhərimizdəki digər liftlərdə isə əsaslı və cari təmir işləri aparılacaq. Yeni quraşdırılan liftlərin içərisində kamera sistemi olacaq, elektrik kəsintisi zamanı çətinliklər yaşanmayacaq.

Qeyd edək ki, bu gün Naxçıvan şəhərində çoxmərtəbəli binalarda əhaliyə 53 lift vasitəsilə xidmət göstərilir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR