17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Lənkəranda dəniz kənarında tank əleyhinə mina tapılıb - FOTO
Lənkəran şəhərində tank əleyhinə mina aşkar olunub.
Emtv.az xəbər verir ki,Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, mayın 2-də saat 12:21-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili tədbirlər nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Tank əleyhinə minanın ətrafında 1,000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Sevinc Əlimova
Emtv.az