SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında ikinci turun nəticələri

3-05-2019, 14:00 | Oxunub: 5 436 |

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında ikinci turun nəticələri

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Naxçıvan şəhərində keçirilən “Naxçıvan - 2019” Beynəlxalq Şahmat Festivalının ikinci turunun nəticələri məlum olub.

Ən reytinqli şahmatçıların yer aldığı “A” qrupunda ilk 3 yeri Sumqayıt şahmatçısı Murad İbrahimli, Bakı idmançıları Nicat Abbasov və Eltac Səfərəli öz aralarında bölüşürlər. Bu qrupda yarışan Naxçıvan şahmatçılarından Urfan Sevdimalıyev, Sadiq Məmmədov, Pərviz Qasımov, Talıb Babayev 2-ci turu məğlubiyyətlə tamamlayıblar. Toğrul Həsənzadə isə ikinci görüşü heç-heçə ilə başa vurub.

“B” qrupuna yenə də Gəncə şahmatçısı Amil Abbasov başçılıq edir. Bakı təmsilçisi Şahin Hüseynov və Quba idmançısı Elvin Bayramov ikinci, üçüncü pillələri bölüşürlər.

12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda Bakı idmançıları Mədinə Abbaszadə, Ramazan Şərifov və Yusif Babayev cədvəlin ən üst pilləsindədirlər.

Qeyd edək ki, 9 turdan ibarət şahmat festivalı mayın 10-da yekunlaşacaq.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR