SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Mirkazım Abasov sığorta pulunu da ödəməkdən yayınıb"

3-05-2019, 12:52 | Oxunub: 8 231 |

"Mirkazım Abasov sığorta pulunu da ödəməkdən yayınıb"

Emtv.az xəbər verir ki,"Mirkazım Abasov sığorta pulunu da ödəməkdən yayınıb"

Bir neçə gün öncə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə bir çox aktul məsələlərə toxundu. Cənab prezident idarəetmə sahəsində ciddi islahatların aparılmasına ehtiyac olduğunu məmurların diqqətinə çatdırdı. Prezident İlham Əliyev həmçinin “Azəriqaz”İstehsalat Birliyinin fəaliyyətindəki nöqsanlara da toxundu və bu çıxışdan sonra ümidvarıq ki, ədalət öz yerini tapmış olacaq.

Ədalətsizliyin hələ də davam etdiyi orqanlardan biri də Dövlət Neft Şirkətinin struktur vahidinə daxıl olan, 5000-dən çox işçi qüvvəsinin çalışdığı “Neftqaztikinti” Trestidir. Orada ədalətsiz və qeyri şəffaf ab-hava uzun illərdir hökm sürməkdədir. Bu trestdə dövlət vəsaitləri müxtəlif üsullarla mənimsənilir və sənədlər saxtalaşdırılır. “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov bu yaxınlarda hətta cinayət hadisəsini saxta yollarla gizlətməli olub.

Belə ki, bu ilin yanvar ayında baş vermiş yol qəzasında”Neftqaztikinti” Trestinin işçisi olmuş Mehman Cavadovun ölümunun əsil mahiyyətini saxta sənədlərlə ört-basdır ediblər.Əldə etdiyimiz məlumatlara görə Mehman Cavadov hadisə olan gün qrafik üzrə dənizdə olmalı imiş. Lakin o Mirkazım Abasovun göstərişi ilə Neft Şirkətində çalışan məsul vəzifəli şəxsin bağ evində bir neçə aydır ki, işləyirmiş. Mehman Cavadov hətta iş yoldaşlarına şikayətlənirmiş ki, “işə çıxsaydım, canım dincələrdi”. Hadisənin baş verdiyi gecə,yəni yanvar ayının 20-dən 21-ə keçən gecə də Mehman Cavadov “Neftqaztikinti” Trestinin iki nəfər başqa işçisi ilə birgə bağ evində işlədikdən sonra evə qayıdarkən avtomobil qəzasına düşüblər.

Hadisədən dərhal sonra Mirkazım Abasovla insan resursları şöbəsinin müdiri olmuş Sevinc Mollayeva ilə trestin işçilərinin güya ezamiyyətdə olduqları barədə geri tarixə ezamiyyə vərəqəsi tərtib edərək istintaq orqanlarının fikrini yayındırmışlar. Mirkazım Abasov bununla da kasıb kəndli olan Mehman Cavadovun ailəsinə çatacaq sığorta pulunu da ödəməkdən yayınıb. Güya onlar idarənin maşımında deyil, şəxsi avtomobillərində qəzaya uğrayıblar. Ezamiyyəyə gedərkən hansı avtomobildən istifadə olunmasını qəzaya nə dəxli var.

Ezamiyyəyə qatarla da, təyyarə ilə də getmək olar. Bəs onda nə bəhanə gətirmək olar? İkinci tərəfdən “Neftqaztikinti” Trestinin işçiləri Göyçaya nə üçün ezam olunmuşdular? Bəlkə Göyçayda da neft çıxır, bizim xəbərimiz yoxdu? Bu ölüm hadisəsinin qaranlıq tərəfləri mütləq araşdırılmalıdır. Mirkazım Abasovun köməkçisi Mais Bədəlovun bu işdə əli olduğu deyilir. Əldə etdiyimiz məlumatlara görə Mehman Cavadov onun Dövlət Neft Şirkətində çalışan yüksək çinli məmur qohumunun bağ evində işləyirmiş.

Daha sonra bizimdovr.az onu da qeyd edib ki,ölüm hadisəsi olan gecə geri tarixə ezamiyyə vərəqəsinin yazılmasında məlumatlara görə, Mais Bədəlov da iştirak edib. Göründüyü kimi bir ölüm işində bir neçə məsul şəxs birləşib saxtakarlıqlara imza atıblar. Biz bu hadisədəki qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağıq.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR