SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Fransadan gəlib Şamaxıda ferma açdı - FOTO

2-05-2019, 17:32 | Oxunub: 13 243 |

Fransadan gəlib Şamaxıda ferma açdı - FOTO

41 yaşlı Siril Kərim Rabbatli Fransadan Şamaxının Kələxana kəndinə pənah gətirib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, kənd ərazisində şəxsi taxıl sahəsi, üzüm bağı, inək ferması olan Fransa vətəndaşı ona qarşı ögey münasibətin olmadığını deyir.

Rabbat Livanın Beyrut şəhərində doğulub. 19 il əvvəl Azərbaycana gələn əcnəbi 7 il Bakıda yaşadıqdan sonra 2007-ci ildə Şamaxıya üz tutub. Rayon mərkəzindən 10 km aralıda, dağların arasında yerləşən Kəlaxanaya köç edən Siril ilk olaraq üzüm bağı salıb.

Fransa vətəndaşı deyir ki, sözügedən yeri üzümçülük məqsədilə alıb: "İki hektar əkmişik, sort yerli mədrəsə sortudur. Gələcəkdə artırmaq, artıq sahə götürmək fikrimiz var. Üzümçülük üçün dəstək var, ona görə mən qərar vermişəm ki, onu artırım".

Çox vaxt üzüm bağına videokameralarla nəzarət edən fermer bildirir ki, məhsulun bol olması və tez yetişməsi üçün hər hansı kimyəvi üsullara əl atmır. Üzüm sahəsi ilə bərabər taxılçılığa da yer ayıran Rabbatli bir neçə ildir arpa-buğda əkininə də start verib. Üzüm və taxıl sahələri kənddən bir qədər kənarda olsa da, inəklərini kəndin içində olan fermasında bəsləyir.

Kərimin həyat yoldaşı Tamilla Vəliyeva Bakıda doğulmasına baxmayaraq, kənd işlərində ərinə yardımçı olur: "Yoldaşımda həmişə bu arzu var idi. Fikirləşirdi ki, torpaqla işləsin, ferma saxlasın. İndi ferması var, işləyir. Onun çox xoşuna gəlir".

Kərim Rabbatli digər xarici və yerli iş adamlarını da bu sahəyə yatırım etməyə çağırır: "Azərbaycan çox gözəl bir ölkə, azərbaycanlılar isə çox qonaqpərvərdirlər. Biz özümüzü burada çox rahat hiss edirik. Əgər mən 18 ildir Azərbaycanda yaşayıramsa demək hər şey yaxşıdır, yoxsa burada yaşamazdım. Həm yaşamaq, həm işləmək üçün bütün şərait var. Mən başlamışam 10 inəkdən, indi 25 inəyim var.

2008-ci ildə Azərbaycanda ailə quran Tamilla Vəliyeva ilə Siril Kərim Rabbatlinin 8 yaşlı, Selin adlı qızı, 5 yaşlı, Rəfael adlı oğlu var. Bir neçə il əvvəl kənd ərazisində tikili evlərin birini alan ailə gələcəkdə kəndin üst hissəsindəki üzüm bağının yanında da ev tikməyi planlaşdırır.
Fransadan gəlib Şamaxıda ferma açdı - FOTO
Fransadan gəlib Şamaxıda ferma açdı - FOTO
Fransadan gəlib Şamaxıda ferma açdı - FOTO
Fransadan gəlib Şamaxıda ferma açdı - FOTO
Fransadan gəlib Şamaxıda ferma açdı - FOTO
Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR