17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Bakı məktəblərində doqquz mindən çox münaqişənin qarşısı alınıb
2016-cı ildən bu ilin aprelinə kimi “Məktəblinin dostu” layihəsi çərçivəsində 35 tam orta məktəbdə 9089 münaqişənin qarşısı alınıb.
Emtv.az xəbər verir ki, bunu “Məktəblinin dostu” layihəsi ilə bağlı keçirilən tədbirdə layihə rəhbəri Rüstəm Ağayev deyib.
Onun sözlərinə görə, layihəyə başlayan zaman Gürcüstan təcrübəsinə müraciət edilib:
“Layihə Bakı şəhərindəki 35 ümumi təhsil məktəbində həyata keçirilir. Məktəblərə 4464 dəfə tibbi yardım göstərilib:
Doqquz məktəblinin həyatı xilas edilib və doqquz yanğının qarşısı alınıb. 157 dəfə oğurluq halları aşkarlanıb. Layihə həyata keçiriləndən işlədiyimiz məktəblərdə 90 faiz siqaret çəkilmə halları azalıb. Az sayda siqaret çəkən şagirdlər aşkarlanıb”.
Rüstəm Ağayev orta məktəblərdə şagirdlər arasında psixoloji problemlərin səbəblərindən də danışıb:
“Psixoloqa müraciətlərin səbəbi özünəqapanma, psixiatrik problemlər, davranış pozuntusu, qorxu və fobiya, uşaq-valideyn münasibətlərinin pozulması, dezataptasiya problemi və s. olub. Bu müraciətlərdən ən çoxu dezadaptasiya və uşaq-valideyn münasibətindəki problemlər, davranış pozuntusuna görədir. 1113 nəfər psixoloji mərkəzin xidmətindən yararlanıb”.
Nəzrin Abbaszadə
Emtv.az