SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Cavid Qurbanov “bir əldə iki qarpız” tutur: Azər Həsrət bunları bilirmi? - Şok araşdırma...

2-05-2019, 12:58 | Oxunub: 10 563 |

Cavid Qurbanov “bir əldə iki qarpız” tutur: Azər Həsrət bunları bilirmi? - Şok araşdırma...

Cavid Qurbanov “bir əldə iki qarpız” tutmağa çalışsa da heç birinin öhdəsindən gəlməyi bacarmır. Azərbaycanın dəmir yollarını xəmir yollarına çevirib, deputatlığı da olmasa ondan yaxşıdır.

Emtv.az xəbər verir ki, narazılıq edən təkcə vətəndaşlar, sərnişinlər, seçicilər deyil, iqtidaryönlü jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də şikayətçidir.

Onun sözlərinə görə, Cavid Qurbanov həm "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisidir, eyni zamanda deputatdır. Adam nə parlamenti yarıdır, nə dəmir yollarını.

Onun sözlərinə görə, Azərbaycanda dəmir yolu yoxdur: “Gəncəyə sürət qatarı açılıb. Qatar əladır, bəs, sürət? Sürət 90-140 arası km göstərir.

Bu sürətdir? Xeyr! Bakıdan Gəncəyə 340-350 kmilometrdir. Qatar Gəncəyə 2 saata getmək əvəzinə, 4 saata gedir.

Dörd saata Gəncəyə gedən qatarı sürət qatarı hesab etmək olar? Azərbaycanda dəmir yolu yoxdur. Cavid Qurbanov dəmir yolları ilə məşğul olsa daha yaxşı olar.

Parlamentdə kürsünü boş-boş məşğul etməsin. Onun kürsüsündə Azərbaycana fayda verən biri oturmalıdır”.

Amma A.Həsrətin xəbəri yoxdur ki, C.Qurbanov elə dəmir yolları ilə məşğuldur. Cənab sədr köhnə relsləri söküb metalloma verib pul çıxarır. Təzə dairəvi dəmir yolu çəkilir deyə köhnə relsləri satmaqdadır.

Onun başqa məşğuliyyətləri də var - “Topaz” futbol qumarına nəzarət edir, Albalı bağlarındakı villasına hər həftə sonu baş çəkir, türk sərkərdəsi Atillanın tutduğu torpaqlara yenidən qayıtmaq ümidimiz olduğunu bəyan edib bizə təsəlli verir, hələliksə, Atillanın ayağı dəyən torpaqlara yalnız C.Qurbanovun ofşor hesabları gedib çata bilir.

Azər Həsrətin bunlardan niyə xəbəri yoxdur? Nə üçün deyir ki, Cavid Qurbanov dəmir yolları ilə məşğul olmalıdır? Məşğuldur da...

Daha sonra cahan.info onu da qeyd edib ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.

C.Qurbanov son illər özünü “kəlbəcərlilərin şəriksiz ağsaqqalı” kimi görür. Üstəlik, bizə çatan informasiyalara görə, Cavid müəllim məclislərdə və ayrı-ayrı tədbirlərdə bu cür – “kəlbəcərlilərin ağsaqqalı” kimi təqdim olunmasından da böyük zövq alır.

Cavid Qurbanov məmur və deputat statusları hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib.

Xüsusən də, bəzi əzəli rəqibləri sıradan çıxarıldıqdan sonra onun ölkədə ən aparıcı məmur-oliqarxlardan birinə dönüşdüyü kimsəyə sirr deyil.

Azərbaycan dəmir yollarında relslərin və şalbanların yenilənməsi Qurbanovlar ailəsi üçün böyük gəlir mənbəyinə çevrilib.

“Azəbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun oğlunun dəmir biznesinə girişməsi ilə bağlı yerli KİV-lərə maraqlı məlumat daxil olub.

Adını gizli saxlayan sahibkarın saytımıza verdiyi məlumata görə Cavid Qurbanovun oğlu metal satışı sahəsində ölkədə əsas monopolistlərdən birinə çevrilib.

Sahibkarın bildirdiyinə görə Cavid Qurbanovun oğlu dəmir biznesini əsasən atasının rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları QSC-nin relsləri hesabına inkşaf etdirir.

Ölkə dəmiryolları xətlərinin yenilənməsi nəticəsində QSC anbarlarında 100 min tonlarla relslər və şpallar toplanıb.

İstismar dövrünü başa vuran bu relslər və şalbanlar əvvələr açıq tender yolu ilə satılırmış və istənilən sahibkar bu tenderlerdə iştirak edə bilirmiş.

Bizə məlumat verən sahibkar bildirir ki, tenderlər zamanı alqı-satqı sənədləri çox aşağı qiymətdən, dəmirin bazar qiymətinin 10-15 faizi səviyyəsində sənədləşdirilirmiş.

Sahibkarlar isə qalan fərqi nağd şəkildə 1 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin rəisi Xəqani Kazımova ödəyirlərmiş.

Misal üçün sahibkar bildirir ki, 100 min ton metal satışına görə Xaqani Kazımova ortalama 10 milyon manat ödənilirmiş. Sənədlərdə isə bu 1 milyon manat göstərilirmiş.

Sahibkarın bildirdiyinə görə, QSC anbarlarındakı relslər keçmiş sədrin dövründə də satılırmış.

Ancaq Cavid Qurbanov gəldikdən sonra “Azəbaycan Dəmir Yolları” QSC-yə dövlət tərəfindən yüz milyonlarla manat vəsait ayrıldı. Ayrılan vəsiatin bir hissəsi məhz dəmiryol xətlərinin yenilənməsi üçün istifadə edildi.

Hazırda ölkədəki dəmir yol xətlərinin böyük bir hissəsinin yenilənməsi işləri yenə də davam etdirilir. Anbarlara yığılan 100 min tonlarla relslər isə yeni sədr Cavid Qurbanovun oğlunun ixtiyarına verilib.

Sahibkarın bildirdiyinə görə Cavid Qurbanov “Azəbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olunduqdan sonra dəmir alqı-satqısı açıq tender vasitəsi ilə həyata keçirilirdi. Lakin bir müddət sonra qaydalar dəyişib.

Cavid Qurbanovun birbaça tapşırığı ilə kənar şəxslərə relslərin satılması qadağan edilib. Həmin qadağanın səbəbi isə QSC sədrinin oğlunun da bu bizneslə məşğul olmağa başlaması olub.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı başqa bir sahibkar bildirib ki, anbarlara nəzarət edən şəxslər deyirlər ki, “şefin oğlunun maşınlarına yük vurğmağı çatdıra bilmirik, siz bir müddət gözləməli olacaqsınız”.

Relslərin satışının həyata keçirilməsinin Cavid Qurbanovun oğlunun monopoliyasına verilməsi həm sahibkarların, həm də anbar rəislərinin ciddi narazılığına səbəb olub. çünki hər iki tərəf qazancdan mərhum olub.

Belə ki, Cavid Qurbanovun göstərişi ilə anbar rəisləri kənar adamlara 1 kq olsa belə dəmir sata bilmirlər. Bu üzdən də onların gəlir shəsi tamamilə əllərindən çıxıb.

İddiaya görə Qurbanovun oğlu bu biznesdən artıq milyonlarla manat qazanc əldə etməyə başlayıb.

Digər bir mənbə isə sayta bildirib ki, QSC sədrinin oğluna metal biznesinə kömək edən şəxs Cavid Qurbanovun ən yaxın adamı və qohumu olan 1 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin rəisi Xəqani Kazımovdur.

Bu həmin Xaqani Kazımovdur ki, 2 il öncə Cavid Qurbanovla birlikdə “Azəryolservis” QSC-də işlədiyi dövrdə oğlunun milyonluq avtomobilləri ilə ölkə gündəminə gəlmişdi. Bunları hörmətli Azər Həsrət bilirmi?

O, deyir ki, C.Qurbnaov dəmir yolları ilə məşğul olsun. Buyurun, məşğul olur da...

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR