SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Bank of Baku" prezidentin dollar kreditlərilə bağlı fərmanını sabotaj edir

2-05-2019, 10:42 | Oxunub: 9 327 |

 "Bank of Baku" prezidentin dollar kreditlərilə bağlı fərmanını sabotaj edir

Prezident İlham Əliyevin dollar kreditləri ilə bağlı imzaladığı məlum fərmandan sonra fevral ayının 22-dən etibarən vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanılıb.

Emtv.az xəbər verir ki, artıq bankların çoxu məbləği 500 manatdan artıq olan kompensasiyaların hesablara köçürülməsi üçün vətəndaşlarla müqavilə bağlayıb, kartları da təqdim edib.

Jurnalist Həsən Babayev isə sosial şəbəkədə bildirib ki, “Bank of Baku” vətəndaşları süründürməklə məşğuldur:

“Bank 500 manatdan çox kompensasiya almalı olan vətəndaşları “Gedin, sms göndəriləndə gələrsiz”, “Kartlar hələ hazır deyil”, “Gedin, gələn həftə gələrsiz” kimi sözlərlə süründürməçiliyə məruz qoyurlar”.

Jurnalist bank rəhbərlərinə üz tutaraq “yoldaş bank rəhbəri və ya rəhbərliyi, nümayiş etdirdiyiniz davranış, kompensasiyanın ödənilməsində yol verdiyiniz yuxarıda qeyd etdiyim hallar ölkə başçısının fərmanını sabotaj etməkdir”, deyib.

Daha sonra dia.az onu da qeyd edib ki,Həsən Babayevin iradına cavab olaraq isə “Bank of Baku”dan bildirilib ki, mayın sonuna qədər proses bitəcək:

“Kompensasiya əldə edəcək müştərilər 10 minlərlədir və filiallarımızda sıxlığın yaranmaması, növbədə vaxt itkisinin olmaması üçün müştərilər növbə ilə dəvət olunurlar. Artıq 30 minə yaxın müştəri bankdan kompensasiya məbləğlərini əldə ediblər. Mayın sonunadək proses tamamlanacaq”.

Hazırladı:Həsən Babayev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR