SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Söz verdilər ki, problemin həll olunması üçün köməklik edəcəklər..."

1-05-2019, 14:47 | Oxunub: 11 111 |

"Söz verdilər ki, problemin həll olunması üçün köməklik edəcəklər..."

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Ucar şəhər Heydər Əliyev küçəsi 55-də yaşayan Hacıyeva Lalə Şahvələd qızı tərərfindən şikayət ərizəsi ünvanlanıb. Emtv.az xəbər verir ki,bir nüsxəsi də yerli KİV-lərə daxil olan müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım! Yaşadığım evin sol tərəfindəki hasara bitişik olan və qonşu həyətdə yerləşən ikimərtəbəli komunal yaşayış binasının sakinlərinə məxsus saray və qarajlar yetmiş il bundan əvvəl tikilib.Hal-hazırda həmin tikililər yararsız və qəzalı vəziyyətdədir. İki azyaşlı övladım var. Qəzalı vəziyyətində olan bu tikililərə görə övladlarım həyətə düşə bilmirlər. Həmin tikililərin təxminən otuz metrə yaxını uçularaq həyətə tökülüb. Qalan hissəsi isə hər dəqiqə uçmaq təhlükəsi var.

Mən yarasız olan bu tikililərlə bağlı əvvəlcə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun qəbulunda oldum və qəzalı vəziyyətində olan tikililərin şəkillərini ona təqdim etdim. Orda mənə köməklik edəcəyinə söz verdi.Bir neçə gündən sonra İcra Hakimiyyətinin Ucar şəhəri Ərazi İnzibati Dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov iki nəfərlə gəlib yerində baxdılar və söz verdilər ki, problemin həll olunması üçün köməklik edəcəklər. Amma heç bir köməklik etmədilər. Bir müddətdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına rəsmi müraciət etdim.Bu müraciətimdən sonra Heydər Əliyev Fondundan iki nəfər nümayəndə bu yararsız tikililərin sökülərək götürüləcəyinə və hasarın yenisi ilə əvəz olunacağına söz versələrdə bu günə kimi heç bir tədbir görülməyib.

Hörmətli Mehriban xanım!

Bu yararsız tikililər hər an qəza təhlükəsi var.Qorxumdan övladlarımı həyətə düşməyə icazə vermirəm. Amma nə vaxta kimi icazə verməyəcəm. İllərdi bu problem yaranıb.Vaxt keçdikcə onun təhlükəsi dahada artır. Hər gün səksəkə, qorxu içərisindəyəm ki bu tikili uçacaq kminsə həyat və sağlamlıqlarına ziyan vuracaq. Hara müraciət edirik gəlib baxırlar .Deyirlər ki, təcili sökülməlidir.Söz verirlər ki, yaxın günlərdə buldozerlə söküb götürəcəyik hasarınızıda çəkib təhvil verəcəyik. Amma bizə bu sözü verənlər gedirər bir daha qayıtmırlar. Mən azyaşlı övladlarıma görə çox narahat oluram. Nə vaxta kimi övladlarımı ev dustağı edim? Sizdə anasız məni yaxşı başa düşərsiz. Mən iki yüz manat maaş alıram bu pullada bu problemi həll edə bilmirəm. Ona görədə xahiş edirəm mənə köməklik edin və tapşırıq verin bu yararsız tikililər sökülsün".

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR