SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İcra başçısı rayona baxmır” Qaradağ rayon Lökbatan qəsəbə ağsaqqalları etiraz etdilər

1-05-2019, 13:22 | Oxunub: 11 512 |

“İcra başçısı rayona baxmır” Qaradağ rayon Lökbatan qəsəbə ağsaqqalları etiraz etdilər
Emtv.az xəbər verir ki,son günlər mətbuatda məmur özbaşınalığı ilə bağlı bir çox məqalələr dərc olunmuşdur. İşsizlik,evsizlik,ailə ,uşaq yanında xəcalətli qalan bir çox insanlar var ki,düşdükləri çətin drumdan son çarə olaraq rayon rəhbərlərinə müraciət edirlər. Əslində isə rayon əhalisinin xidmətində durmaq rayon icra başçılarının bir mənalı borclarıdır. Hər zaman ölkə Prezidenti öz çıxışlarında,icra başçılarına və digər məmurlara ilk tapşırığı o,olub ki xalqa xidmət göstərin və xalqla xoş rəftar edin.

Təəssüf hissilə qeyd etmək olar ki,bir çox hallarda bunun əksilə qarşılaşırıq. Buna misal olaraq bir çox məmur adlarını qeyd etmək olar. Amma bu günümüzün əsas mövzusu, bir qrup ağsaqqalın qəzəb dolu çıxışlarıdır ki,onu diqətinizə çatdıracağıq. Belə ki, ötən gün dogruxeber.az informasiya agentliyinin redaksiyasına, Qaradağ rayon Lökbatan qəsəbə ağsaqqalları tərəfindən müraciət daxil olmuşdur. Redakisiya olaraq məsələ ilə bağlı sözü gedən ərazidə çəkiliş apardıq. Həmi zaman məlum odu ki,bir qrup ağsaqqal, qəsəbədə olan natəmizlik və istirahət üçün salınmış parkın baxımsızlığından öz etirazlarını bildiriblər. Kadrlarda da açıq aydın görünür ki, park tamami ilə diqqətdən kənarda qalıb.

Burada sual yaranır görəsən rayon icra başçısı, hörmətli Süleyman Mikayılov rayonun mərkəzi sayılan Lökbatan qəsəbəsinə bu cür biganə yanaşırsa, bəs görəsən digər rayonlar nə gündədir? Atalar misalı var deyərlər görünən dağa nə bələtçi..! Bəli burada qeyd etmək məncə yerinə düşərdi. Hər gün öz şəxsi biznesinə nəzarət etmək və gün ərzində hansı ərazidən nə qədər mənfəət gəlməsini bir an unutmayan İH-i unudur ki,səbrlə gözləyən rayon sakinlərinin bir gün səbr kasası dolub daşacaq. Diqqətinizə bir məqamı da çatdıraq ki, bir neçə ay öncə hörmətli jurnalist Eynulla Fətullayevin səyi nəticəsində xalq şairi Mikayıl Müşfiqin məzarının aşkar olunması gündəmə gəlmişdir. Elə həmin vaxtlarda bizdə redaksiya olaraq Qaradağ rayon Müşfiqabad qəsəbəsində xalq şairi Mikayıl Muşfiqin büstünə nəzər saldıq.

Büstün ətrafında küçə alveri ilə məşğul olanlar və boydan boya qoyulmuş dəmir vaqonlarda kafe restoran fəaliyyət göstərirdi. Rayon rəhbərinin xalq şairinin büstünə göstərdiyi ögey münasibət xalqa qarşı hansı mövqedə olmasının bariz nümunəsidir. Qaradağ rayon Müşfiqabad qəsəbəsi ta sovet dövrünün, 1988-ci il 20 Aprelindən Azərbaycan Respublikası Ali sovetinin 1096 XI-saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılmış və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılmışdır. Tarixi şəxsiyyətin büstünün ətrafı gərək elə şəraitdə olaydı ki,ən azından adına verilmiş qəsəbə sakinləri bu şəxsiyyətin Azərbaycan uğrunda cavan həyatını qurban verməsini bilib, gələcək nəsil olan cavanlara Azərbaycanı sevməyi məhz Mikayıl Müşfiq kimi olmalarını tövsiyyə etməliydilər.

Təəssüflər olsun ki,bu belə deyil ,tam əksinə qəsəbə tamamilə baxımsız vəziyyətdə,yollar bərbad,küçələrdə antisanitar vəziyyət və küçə alverinin əlindən isə tərpənmək belə olmur. Hansı ki,şairin büstünün yaxınlığında uşaq baxçası,orta məktə və mədəniyyət mərkəzi olduğu halda bəlkədə 100-zə 15 faiz adam bilər ki,burada büst var və bu büst kimə aiddir. Ən dəhşətlisi budur ki,həmin ərazinin bir neçə metrəliyində bələdiyyənin oturduğu iqamətgah yerləşir və hər gün bələdiyyə sədri sözü gedən ərazinin hası halda olduğunu daha yaxşı görür. Lap unutmuşdum, axı bələdiyyənin işi büstə baxmaq deyil onun işi ancaq harda boş yer var qanunsuz olaraq satsın və başçı tərəfindən qoyulan öhtəlikləri icra etsin vəssalam. Güman edirik ki, bundan sonra sozü gedən məsələlər barəsində rayon rəhbərliyi ölçü götürüb, bu günə qədər etmədiklərin bundan sonra icra edərlər.

“İcra başçısı rayona baxmır” Qaradağ rayon Lökbatan qəsəbə ağsaqqalları etiraz etdilər
“İcra başçısı rayona baxmır” Qaradağ rayon Lökbatan qəsəbə ağsaqqalları etiraz etdilər

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR