SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Açıq Məktub

30-04-2019, 18:41 | Oxunub: 10 112 |

Mətbuat Şurasının mediayaya aşkar yalan informasiya ötürməsi, bu qurumun bütün idarə mexanizmini və fəaliyyətini ciddi şübhə altına almağa əsas verir...

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Açıq Məktub

- Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə Açıq Məktub


- Surəti: Azərbaycan Mətbuat Şurasının
sədri cənab Əflatun Amaşova

- Hörmətli cənab prezident İlham Əliyev!

- Təəssüf hissi ilə diqqətinizə çatdırmaq istəyirik ki, bizə məlum olmayan səbəblərdən, Əflatun Amaşovun rəhbərlik etdiyi Mətbuat Şurasının bəzi məsul vəzifəli şəxsləri bizim işlədiyimiz “EMTV.AZ” saytına qarşı son dərəcə qərəzli mövqe nümayiş etdirməkdədirlər.

- Beləki, həmin şəxslər tərəfindən son vaxtlar davamlı olaraq, öz vəzifə səlahiyyətlərini aşmaqla və malik olduqları imkanlardan sui-istifadə etməklə bizim saytımıza qarşı ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhdlər göstərilir.

- Bu məqsədlə artıq bəzi mətbu orqanlarına öz səhifələrində dərc etmək üçün barəmizdə aşkar yalan məlumatlar təqdim olunur.

- Eyni zamanda da “EMTV.AZ” saytının dövlətə və dövlətçiliyimizə xidmətə yönəldilmiş fəaliyyətinin ahəngdar iş rejimini pozmaq, kollektiv üzvləri arasında əsəbilik və gərginlik ab-havası bərqərar etmək məqsədilə həmin şəxslər tərəfindən redaksiyamıza əsaslandırılmamış, uydurma müraciətlər əsasında xəbərdarlıq məktubları göndərilir.

- Həmin məktublara bizim verdiyimiz cavablar isə, yenə də bizə məlum olmayan səbəblərdən, qətiyyən nəzərə alınmır və bizim müraciətlərə heç bir reaksiya verilmir.

- Yuxarıda yazdıqlarımızı təsdiqləmək üçün, aşağıdakıları bir daha diqqətinizə çatdırmaq istəyirəm.

- Bir neçə gün əvvəl redaksiyamıza 19.03.2019 və 28.03.2019 cu il tarixlərində MŞ-nın icraçı katibi Şəmsəddin Əliyev tərəfindən imzalanmış 043 №-li məktubları daxil olmuşdur.

- Məktublarda bildirilirdi ki, “EMTV.AZ” saytına qarşı “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Bakı şəhəri, Nərimanov rayonu üzrə 7 №-li filialının İdarə heyəti tərəfindən şikayəti daxil olmuşdur və həmin şikayətdə irəli sürülən iddialara MŞ-nın Şikayətlər üzrə Komissiyasının iclasında baxılacaqdır.

- Bu əsasla “EMTV.AZ” saytının rəhbərliyinə həmin iclasda iştirak etmək və məsələnin mahiyyəti üzrə izahat vermək təklif olunurdu.

- Hörmətli cənab prezident İlham Əliyev!

- Bu məktublara cavab olaraq bizim rəhbərlik Mətbuat Şurasına (Əflatun Amaşova) müraciət edərək aşağıdakıları bildirmişdir:

- 1. “EMTV.AZ” saytında “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi və bu qurumun filial və ya digər hər hansı altqurumları barədə heç zaman nə müsbət, nə də mənfi xarakterli material dərc olunmayıb, bu qurumla bizim heç bir iş birliyimiz, münasibətlərimiz olmayıb.

- 2. Şəmsəddin Əliyev tərəfindən imzalanmış məktubda “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Bakı şəhəri, Nərimanov rayonu üzrə 7 №-li filialının İdarə heyəti tərəfindən bizə qarşı şikayət olunduğu bildirilsə də, bu şikayətin mahiyyəti barədə heç bir açıqlama verilmir. Eyni zamanda da həmin şikayətə dair bizdən izahat tələb olunur. Razılaşın ki, bu təklif heç bir məntiqə uyğun deyil.

- 3. Xatırlatmaq istərdik ki, bir müddət bundan əvvəl Mətbuat Şurasına “Metak” MMC şirkətindən də eynilə bu kimi, barəmizdə əsassız şikayət ifadə olunan məktub daxil olmuşdu. Həmin məktuba cavab olaraq, biz MŞ-na 30 oktyabr 2018-ci il tarixində 012 saylı məktub ünvanlamışdıq. Təəssüflər olsun ki, bizim bu məktubumuza hələ də cavab verilməyib.

- 4. Hesab edirik ki, bu kimi əsassız ittihamlarla redaksiyamızın adının təkrar-təkrar hallandırılması bizə qarşı qərəzli mövqeyin bir göstəricisidir və Azərbaycanda yürüdülən dövlət siyasətinin dəstəklənməsinə istiqamətlənmiş fəaliyyətimizin əngəllənməsini nəzərdə tutur.

- 5. Bütün bunları nəzərə alaraq, barəmizdə əsassız ittihamlar irəli sürən təşkilatlar barədə qanuni tədbir görülməsini sizdən xahiş edirik.


- Hörmətli cənab prezident İlham Əliyev!

- Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova yazdığımız məktublarımız hər dəfə olduğu kimi, bu məktubumuz da cavabsız qaldı.

- Əvəzində isə, bir çox elektron KİV-də 5 aprel 2019-cu il tarixində dərc olunmuş “Bu saytlara xəbərdarlıq edildi” sərlövhəli yazıda aşağıdakı ifadələr yer almış oldu:

- “Bizim göndərdiyimiz rəsmi məktublardan sonra Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

- Şuradan KİV-ə verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib...

- İclasda "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin Bakı şəhəri Nərimanov rayonu üzrə 7 №-li filialının İdarə Heyətinin "emtv.az" saytına qarşı şikayəti də araşdırılıb.

- Sayt rəhbəri şikayətdə qeyd olunan iradları aradan qaldırmağa hazır olduğunu bildirib.

- Şikayətçi tərəf bununla razılaşıb...”

- Bununla bağlı birmənalı olaraq bəyan edirik ki, "Emtv.az" saytının nə rəhbərliyindən, nə də əməkdaşlarından heç biri sözügedən iclasda iştirak etməyib.

- Belə olan halda isə ölkənin mətbuat orqanlarını obyektivliyə, dürüstlüyə “dəvət edən” bir qurum olaraq Mətbuat Şurasının özünün mediaya aşkar yalan informasiya ötürməsi, bu qurumun bütün idarə mexanizmini və fəaliyyətini, eləcə də bu fəaliyyətin əsasını təşkil edən prinsipləri ciddi şübhə altına almağa əsas verir.

- Onuda qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova qısa müddət ərzində birbaşa üç müraciət göndərmişik.

- Hörmətli cənab prezident İlham Əliyev!

- Sizdən xahiş edirik ki, Mətbuat Şurasının bəzi əməkdaşları tərəfindən saytımızın əsassız təqib olunmasına son qoymaq üçün müvafiq təcili tədbirlər görülməsi üçün göstəriş verəsiniz.

Hörmətlə: Emtv.az satının bir qrup kollektivi adından.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR