SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rəis müavini işçiləri söydü: araşdırma başladı

29-04-2019, 16:40 | Oxunub: 10 606 |

Rəis müavini işçiləri söydü: araşdırma başladı

Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin rəis müavini Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etməsi barədə daxil olan şikayət əsasında araşdırma başlayıb.

Emtv.az xəbər verir ki,bu sözləri yerli KİV-lərə açıqlamasında Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Ruslan Paşayev deyib. O bildirib ki, Hikmət Əmiraslanov bu vəzifəyə bir neçə gündür ki, təyin olunub:

“Hikmət Əmiraslanovla bağlı hazırda araşdırma başlayıb. Ola bilər ki, bu, qərəzli mövqedir. Bu səbəbdən iddianın araşdırılması lazımdır. Şikayət bir şəxsindir. İşçilərin etiraz olaraq işə çıxmaması yalan məlumatdır, hazırda iş başındadırlar. Hikmət Əmiraslanov 3-4 gündür ki, bu vəzifədə çalışır və buna qədər onun haqqında bizə şikayət daxil olmayıb”.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yeni yaradılan Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin bir qrup əməkdaşı Avropa.info-ya şikayət ərizəsi göndərib.

Şikayətçilər 26.04.2019-cu il tarixdə idarənin rəis müavini Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etdiyini bildiriblər.

“Əsas problem odur ki, sözügedən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Gəncə sərnişindaşımada özünə böyük korrupsiya şəbəkəsi yaradıb. Gecəmizi gündüzümüzə qataraq, şəhər sərnişindaşıma yükünü çiynimizdə biz daşısaq da, hər bir subyekti rəis müavini öz gəlir mənbəyinə cevirib", - kolletiv üzvləri öz müraciətlərində bildiriblər.

Daha sonra dia.az onu da qeyd edib ki,“Hikmət Əmiraslanov iclas günü hətta idarədə işləyən xanımlara da hörmətsizlik edərək, sözlə ifadə olunmayan təhqiramiz söyüşlər söyərək, hüquq şöbəsinin müdirinin otağında stol-stulu vurub dağıtdı. Sözügedən məmur bizimlə “burada mənəm, Bağdada kor xəlifə” kimi davranır. Bizim kollektiv rəis müavini Hikmət Əmiraslanova etiraz əlaməti olaraq işə çıxmırıq. Kollektiv bildirir ki, yalnız Gəncənin icra başçısı Niyazi Bayramov bizi bu şəxsdən xilas edə bilər, - deyə şikayətçilər qeyd ediblər.

Sayt qarşı tərəfin mövqeyini öyrənə bilməyib.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR