SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İrşad Electronics” dələduzluqda ittiham edilir - Alıcıya 2849 AZN-ə köhnə telefon satılıb

29-04-2019, 12:17 | Oxunub: 10 233 |

“İrşad Electronics” dələduzluqda ittiham edilir - Alıcıya 2849 AZN-ə köhnə telefon satılıb

“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.

Emtv.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, 20 yanvar küçəsi ev 70, mənzil 12 ünvanında yaşayan Çələbiyev Tofiq Fuad oğlu quruma məktub ünvanlayıb və onlardan yardım istəyib.

Şikayətçi məktubunda qeyd edib ki, 24.04.2019-cu il tarixində Bakı şəhəri Nəsimi ray. H.Əliyev, 2 mkr 3224-cü ünvanında yerləşən “İrşad Electronics” mağazasından “İphone XS Max Space Gray 256 gb” markalı telefon almaq üçün müraciət edib:

“Satıcıya bu telefonun 2 sim kartlı (dual) versiyasını istədiyimi bildirdim. O, mənim istəyimə uyğun belə təzə telefon olduğunu bildirdi və öz dediyinə görə açılmamış qutuda telefonu mənə təqdim etdi. Çox tələsdiyim üçün kartla 2849 AZN ödəyib telefonu aldım. Bundan əlavə 20 AZN ödəyib yerindəcə telefona qoruyucu üzlük çəkdirdim. Satıcıya inandığım və tələsdiyim üçün telefonun heç bir funksiyasını yoxlamadım.Telefonun funksiyalarını yoxlamaq üçün işə salanda gördüm ki, telefon yalnız 1 sim kartı dəstəkləyir. Məlum oldu ki, satıcı məni aldadıb, telefon mənim tələbatımı ödəmir, çünki 1 sim kartlı telefon özümdə var. Gec olduğundan məcbur olub 25.04.2019 tarixdə telefonu götürüb mağazaya getdim, telefonun dəyişdirilməsini xahiş etdim. Satıcı səhv etdiyini etiraf etdi və telefonumun dəyişdiriləcəyini bildirdi. Lakin şərt qoydu ki, mütləq telefona rəy vermək üçün texniki servisə aparılmalıdır. Dərhal Xocalı pr. ev 42 (Xətai m.s yanı) ünvanında yerləşən servisə getdim.Telefonu servisə təqdim etdim. Mühəndis əlində müxtəlif üsullarla telefona baxdıqdan sonra telefonda karkasın aşağısında çox çətinliklə görünən rəng qopuğu olduğunu bildirdi. O, telefonu dəyişməsinin mümkünsüz olduğunu deyərək bu barədə rəsmi texniki rəy verdi. Mən telefonda qətiyyən istifadə etmədiyimi və qoruduğumu bildirsəm də o, nöqtə ölçülü rəng qopuğunu əsas gətirdi. Qərara gəldim ki, rəng qopuğunu satıcı və ya servis edib, ya da telefon mənə satılmazdan öncə aktiv edilib. 26.04.2019 tarixində imei24.com saytına daxil olaraq telefonun seriya nömrəsi vasitəsi ilə 23.04.2019 tarixində aktiv edildiyini müəyyən etdim. Mənə təzə adı ilə satılmış telefon öncədən aktiv edilmişdir və mənim istehlakçı hüququm pozulmuş, məni aldatmışlar”.

Daha sonra dia.az onu da qeyd edib ki,şikayətçi Azad İstehlakşılar Birliyindən onun hüququnun qorunmasını xahiş edir: “Telefon ya tələbatımı ödəyən təzə telefonla dəyişdirilsin ya da ödədiyim 2849 azn geri qaytarılsın. Bu barədə dövlət orqanlarına məlumat verilsin. Lazım gələrsə, telefon dövlət orqanları vasitəsi ilə ekspertizaya göndərilsin”.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR