SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şagirdlərin əxlaqsız görüntüsü yayılan məktəbin direktorundan müəllimə təzyiq: "Nazirliyi aldadır"

27-04-2019, 16:57 | Oxunub: 13 817 |

Şagirdlərin əxlaqsız görüntüsü yayılan məktəbin direktorundan müəllimə təzyiq: "Nazirliyi aldadır"

Samux rayon İnstitut qəsəbə tam orta məktəbində çəkilən qızla oğlanın xoşagəlməz videosuna görə kimya müəlliminin işdən çıxarılması üçün təqdimat yazılıb.

Emtv.az xəbər verir ki, yerli mətbuata müraciət edən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin kimya müəllimi İradə Həsənova bildirib ki, həmin videonun yayılmasında onu günahlandırırlar. Buna görə də məktəbin direktoru Gülsabah Abbasova pedoqoji şuranın adından Təhsil Nazirliyinə onun işdən xaric olunması üçün müraciət edib:

"Həmin oğlan nadinc şagird olduğu üçün 9-cu sinifdən məktəbdən çxarılıb. Həmin oğlan sonra gəlib məktəbin şüşəsini sındırdı. Daha sonra isə oğlanın əmisi gəlib, şüşəni düzəltdirdi.Sonra bu oğlanın qızla xoşagəlməz videosu yayıldı. Deyirlər ki, video Yeni il şənliyində çəkilib. Əslində isə yalandır. Oğlan telefonu başqa tanışına verib ki, qızla o cür görüntülərini çəksin. Direktor videonun çəkilmə tarixi ilə bağlı da nazirliyi aldadır. Bundan başqa məktəbimizin direktoru özünün işə təyin olunmağı münasibəti ilə təntənəli yığıncaq keçirib, hər müəllimdən 25 manat pul yığdı. Gülsabah Abbasovanın həyat yoldaşı yığıncağa böyük gül puketi gətizdirib, özü də orada iştirak edib. Həmin yığıncağın da fotoları var. Direktor bu görüntülərin yayılmasında məndən şübhələnir. Direktor tapşırıb görüntülər silinsin. Oğlanın anası deyir ki, məni tanımır, görüntüləri başqa müəllimə göndərib. Amma buna baxmayaraq direktor məndən əl çəkmir. Məni işdən çıxarmaq üçün Təhsil Nazirliyinə müraciət edib. Hələ bu azmış kimi direktorun həyat yoldaşı oğlumun qarşısını kəsib, "görərsiz ananın başına nə oyun açacağıq" deyib. Vallah mənim bu videoların yayılmasından xəbərim yoxdur. Xahiş edirəm Təhsil Nazirliyi bu məsələni doğru araşdırsın."

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR