SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Rusiya televiziyasından Azərbaycana qarşı təxribat

27-04-2019, 14:41 | Oxunub: 7 893 |

Rusiya televiziyasından Azərbaycana qarşı təxribat

Rusiyanın ən böyük televiziya kanallarından biri olan "Pervıy kanal" (keçmiş ORT) Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, "Pervıy kanal"da yayımlanan məşhur "Uşaqların səsi" ("Qolos Deti") proqramının 6-cı buraxılışında Xankəndi şəhərindən gələn Mixail Qriqoryan adlı məktəbli də iştirak edib.

"Pervıy kanal" da yayımlanan və Svetlana Loboda, Pelaqeya və Valeri Meladze kimi məşhur şəxslərin münsif olduğu "Uşaqların səsi" adlı musiqi yarşımasının finalına çıxan Mixail Qriqoryan haqqında xüsusi reportaj hazırlanıb.

Dağlıq Qarabağa səfər edən "Pervıy kanal"ın çəkiliş qrupu Xankəndi və Şuşadan görüntülər yayıb. Yayılan görüntülərdə qondarma "Artsax" respublikasının hərbçiləri və bayrağı əks olunub. Eyni zamanda Mixail Qriqoryan özünü təqdim edərkən bildirir ki, mən Ermənistanın Stepanakert şəhərində anadan olmuşam.

Reportajda Şuşada inşa olunan "Surb Kazançeçoç" kilsəsini və "Nənə və Baba" abidələrini nümayiş etdirərək Dağlıq Qarabağın ermənilərə məxsusluğu barədə tamaşaçılarda rəy yaratmağa cəhd edilib.

Məlumat üçün bildirək ki, Moskvada fəaliyyət göstərən "Pervıy kanal" ("Birinci Kanal") Rusiyanın və keçmiş SSRİ-nin ilk televiziya kanalı hesab olunur. 1951-ci ildə yaradılan kanal "SSRİ Mərkəzi Televizyası" adlanıb. 1991-ci ildən "Ostankino", 1995-ci ildən etibarən isə ORT (İctimai Rusiya Televizyası) adlandırılıb. 2002-ci ildən bugünə kimi "Pervıy kanal" olaraq tanınır.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR