17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycan Uruqvaya nota verib
Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə yayılan məlumatlar münasibət bildirib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvətilə qondarma “erməni soyqırımı” tədbirlərə qatılmaq üçün bu ölkəyə səfər edib:
“Separatçı rejimin “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib. Uruqvay Senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə onun parlamentdə qondarma “erməni soyqırımı” bağlı keçirilən tədbirdə iştirak etdiyini bildirmək istərdik. Həmin tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib”.
“Eyni zamanda məsələ ilə əlaqədar Argentinadakı səfirliyimiz Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN cavabında bu məsələdə hökumətin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub”, – XİN-dən qeyd olunub.
Sevinc Əlimova,
Emtv.az