SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rüşvətdə günahlandırılan direktor işdən qovuldu – Hadı Rəcəblinin adamı idi…

25-04-2019, 21:23 | Oxunub: 12 745 |

Rüşvətdə günahlandırılan direktor işdən qovuldu – Hadı Rəcəblinin adamı idi…

Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhər 6 nömrəli məktəb-litseyin direktoru Yeganə Əliyevanı işdən çıxarıb.

Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuatın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Daha sonra yerli KİV - dən, Siyəzən şəhər 6 nömrəli məktəb-litseylə telefon əlaqəsi saxlayıb, dəstəyi götürən qadın direktorun işdən çıxarıldığını, artıq yeni direktorun təyin olunduğunu təsdiqləyib.

Məlum olub ki, telefon zəngimizə cavab verən də elə yeni direktorun özü-Günel Ağayevadır. G.Ağayeva bundan əvvəl məktəb-litseydə müəllim işləyib.

Xatırladaq ki, həmin məktəb-litseyin və direktor Yeganə Əliyevanın adı məktəbin bir qrup müəlliminin 2019-cu il martın 29-da Təhsil Nazirliyinə kollektiv şikayəti ilə bağlı gündəmə gəlmişdi. Etiraz edən müəllimlər deyirdilər ki, direktor məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir.

Rüşvətdə günahlandırılan direktor işdən qovuldu – Hadı Rəcəblinin adamı idi…

Şikayətçilər məktəbdə şagirdlərdən istifadə olunan qaza görə pul alınmasına, parta, kompüterlərin pulla satılmasına da etiraz edirdilər. Onların bildirdiyinə görə, “Fond pulu” verməyə etiraz edənlər isə təhqir olunurdular. Kollektiv dəfələrlə yığışaraq prokurorluğa müraciət etsə də, xeyri olmayıb, Təhsl Nazirliyi rüşvətxor direktoru şiddətli töhmət verməklə cəzalandırılıb.

Şikayətçilər 9 ildir məktəbə rəhbərlik edən, ali təhsili olmayan Y. Əliyevanın deputat Hadı Rəcəblinin və digər vəzifəli şəxslərin himayə etdiyini bildirirdilər.

Təhsil Nazirliyindən isə bildirmişdilər ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə aşkar olunmuş pozuntulara görə intizam tənbehi tətbiq edilib. Müəllimlər isə töhmətin rüşvətxor direktor üçün yüngül tənbeh olduğunu deyirdilər.

Nəhayət nazirlik bu cür neqativ imicə malik direktoru vəzifəsindən çıxarıb. Onun barəsində hüquq-mühafizə orqanlarına edilmiş şikayətlərlə bağlı hansı tədbirlərin görüldüyü isə məlum deyil.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR