SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

RƏİS və 5 MÜAVİNİNƏ 464 MİN MANAT MAAŞ! – Mənfəət azalıb, rəhbərliyin gəliri isə artıb

25-04-2019, 19:42 | Oxunub: 13 012 |

RƏİS və 5 MÜAVİNİNƏ 464 MİN MANAT MAAŞ! – Mənfəət azalıb, rəhbərliyin gəliri isə artıb

Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti iki dəfə azalsa da, rəhbərliyin maaşı artıb

Vaxtilə Azərbaycanın varlı və biraz da qalmaqallı məmur-oliqarxlarından biri sayılan Aydın Bəşirovun, hazırda isə Rauf Vəliyevin rəhbərlik etdiyi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin(AXDG) 2018-ci ilin yekunlarına dair maliyyə hersabatları açıqlanıb.

Qurumun hesabatında kifayət qədər maraqlı məqamlar var ki, bunlardan biri də idarənin rəhbərliyinə daxil olan şəxslərin əmək haqları ilə bağlıdır.

Belə ki, hesabatdan idarənin rəisinin və 5 müavinin illik əmək haqlarının toplam 464 min manat təşkil etdiyi məlum olur.

Qeyd edək ki bu, 2017-ci illə müqayisədə 131 min manat və ya 39 faiz çoxdur. Çünki 2017-ci ildə baş rəhbərliyə cəmi ödənişlər 333 min manat təşkil etmişdi.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, deməli, ötən il hər ay rəhbərliyə 38 min 667 manat, hər bir rəhbərə isə orta hesabla 6 min 444 manat əmək haqqı və mükafat ödənilib.

Ümumiyyətlə, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 406 milyon 949 min manat cəmi xərclərinin 140 milyon 635 min manatını əməkhaqqı, maaş və sosial müdafiə xərcləri təşkil edib.

Əlbəttə ki, rəhbər şəxslərin yüksək əmək haqqı almaları normal hal sayıla bilər. Ən azından ümid etmək olar ki, bu zaman korrupsiya və digər neqativ hallara yol verilməsi ehtimalı xeyli azalır…

Lakin AXDG-nin maliyyə hesabatında başqa bir maraqlı məqam da var ki, bu da sözügedən qurumun 2018-ci ilin yekunlarına görə, xalis mənfəətinin 2 dəfə(!) azalmasıdır. Daha sonra AzPolitika.info yazır ki, əgər 2017-ci ildə AXDG-nin qazancı 100.1 milyon manat olubsa, ötən il xalis mənfəət cəmi 52,4 milyon manat təşkil edib. Keçən il gəmiçilik şirkətinin göstərilən xidmətlər üzrə gəlirləri 4,7 faiz azalaraq, 452,1 milyon manat təşkil edib. Eyni zamanda, yük və sərnişin daşınmasından gəlirlər də 5 faiz azalıb.

Əlbəttə ki, mənfəətin belə kəskin şəkildə azalması müsbət hal və rəhbərliyin uğuru sayıla bilməz.

Buna baxmayaraq, rəisin və 5 müavininin ötən il ərzində hansı xidmətlərinə görə maaş və mükafatlarının 40 faizədək artırılması qaranlıq olaraq qalır…

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR