SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Rayonlardan gələnlər Bakını pis günə qoyur" - Aktyordan QALMAQALLI SÖZLƏR - FOTOFAKT

25-04-2019, 17:36 | Oxunub: 11 903 |

"Rayonlardan gələnlər Bakını pis günə qoyur" - Aktyordan QALMAQALLI SÖZLƏR - FOTOFAKT

"İçərişəhər"də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb və ciddi ittihamlar səsləndirilib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, olaya etiraz edənlərdən biri də Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin keçmiş rəhbəri Nəsimi Paşayev olub.

Aktiv sosial şəbəkə istifadəçisi kimi tanınan Nəsimi Paşayev etiraz olaraq aşağıdakı statusu hesabından yazıb: "Qala divarlarının ətrafında obyekt tikən sahibkar!

Belə görünür ki, pulunuz və digər imkanlarınız çoxdur, genişdir. Elə isə tariximizə rəhm eləyin. Obyekti başqa yerdə tikdirin. İnanıram ki, bu imkanla hətta hansısa nazirliyin binasını sökdürüb yerində obyekt tiksəniz kimsə "gözün üstə qaşın var" deməyəcək.

Necə ki, hazırda demirlər. Niyə tarixi məhv etməyə cəhd edirsiniz? Lap elə deyək niyə tarixi divarı öz obyektinizin arxasında gizlədirsiniz?

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"sinin 4-cü " İnşaat-təmir işlərinin aparılması" haqqında bəndində deyilir: Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır!

Əgər bu cümlələr doğrudursa, onda hüquq-mühafizə orqanları hara baxır?"

Nəsimi Paşayevin statusuna şərh yazanlar arasında özü kimi tanınmışlara da rast gəlinib. Lakin, aktyor Mirqafar Səlimovun yazdığı şərh çoxlarında qıcıq yaradıb.

Aktyorun "26 ildir rayonlardan gələn 4 milyon insanlar Bakını pis günə qoyurlar. 26 ildir bakılılar zülm çəkir" şərhləri narazılıqla qarşılanıb.

Bu da sözügedən şərhlər:

Sevinc Əlimova,
Emtv.az

"Rayonlardan gələnlər Bakını pis günə qoyur" - Aktyordan QALMAQALLI SÖZLƏR - FOTOFAKT

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR