SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əməkdar artist intihar etmək istəyən eks-ərinə: "Qəlbinin qırıldığını bəlli etməyən insanları incitməyin"

24-04-2019, 13:07 | Oxunub: 11 225 |

Əməkdar artist intihar etmək istəyən eks-ərinə: "Qəlbinin qırıldığını bəlli etməyən insanları incitməyin"

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. İlham Qafarov mətbuata verdiyi açıqlamada intihar etmək istədiyini deyib və bunda Lalə Məmmədovanı günahlandırıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, sənətçi eks-ərinin onun ünvanına dediyi ittihamlara cavab verməsə də, sosial şəbəkədə paylaşdığı fikirlərdən bu hadisədən böyük sarsıntı keçirdiyi məlum olub.

Belə ki, müğənni İnstaqram-da paylaşdığı fotoya bu sözləri yazıb:

"Sözlər bəzən şüşə qırıqları kimidir; İnsanın ağzına dolar, sussan yandırar, danışsan qanadar. Qəlbinin qırıldığını bəlli etməyən insanları incitməyin. Çünki onlar sizi itirməmək üçün susur, axmaq olduqları üçün deyil!"

Artist növbəti paylaşımında isə fransız yazıçısı Simona de Bovuarın bu sözlərini qeyd edib:

"Qadın doğulmursan, zaman keçdikcə qadın olmağı öyrənirsən".

Qeyd edək ki, İ.Qafarov gərgin vəziyyətdə olduğunu və özünə qəsd etməyə hazır olduğunu bildirib.

"Uzun müddətdir ki, susurdum. Bizim nikahımız beş il öncə pozulub. Hazırda başqası ilə evliyəm və bir övladım var. İstəmirəm ki, oğlum atasız qalsın. Keçmiş həyat yoldaşım Lalə Məmmədova məni hədələyir, aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib. Ona görə də, xeyli müddət pulsuz qaldım, alimenti ödəyə bilmədim", - İlham bildirib.

O iddia edib ki, Məmmədova ondan polisə şikayət edib:

"O, 2015-ci ildə polisə şikayət verib dedi ki, guya onu öldürmək istəmişəm. Lakin mən sübut etdim ki, bu, əsassız ittihamdır. Məni sərbəst buraxdılar. İmkansızlıq olduğundan üç min manat borc yığılmışdı. Ödəyə bilmədiyim üçün bunun əvəzində isə mənim avtomobilimi müsadirə etdilər. 57 yaşındayam, daimi işim yoxdur. Tərcüməçiliklə məşğulam. Rusiyadan gələn turistləri müşayiət edirəm. Bu iş isə həmişə olmur.

Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb:

"Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308 manatdır. Bütün məhkəmələrdə qalib gəlib. Mənim sağlamlığımda problem var. Ürəyim xəstədir. Lalənin üç rəsmi iş yeri var, toylara isə 8 min manata gedir. Amma bu, ona bəs etmir".

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR