SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“HAMI BİLİR Kİ, O XƏSTƏ, MANYAK ADAMDIR” – QALMAQALLI MƏKTƏB DİREKTORU

24-04-2019, 12:55 | Oxunub: 11 070 |

“HAMI BİLİR Kİ, O XƏSTƏ, MANYAK ADAMDIR” – QALMAQALLI MƏKTƏB DİREKTORU

Samux rayon İnstitut qəsəbə tam orta məktəbi ilə bağlı şikayətlər davam edir.

Emtv.az xəbər verir ki,bu gün yerli KİV-lərə məktəb direktoru haqqında valideyn və müəllimlərdən növbəti şikayət daxil olub. Məktəbin keçmiş fizika-riyaziyyat müəllimi olan şikayətçilərdən biri bildirib ki, işlədiyi müddətdə direktor ona çox əziyyət verib:

“6-ci gün Gülsabah Abbasova məktəbdə iclas keçirib. Müəllimləri və qaçqın valideynlərini iclasa çağırıb, onlar da qol çəkiblər ki, hadisələr hamısı yalandır.

Amma yayılan məlumatlar hamısı düzdür. Bu məktəb çox qalmaqallıdır. 44 il ərzində məktəbdə 10 direktor dəyişib. Mən hələ belə direktor görməmişəm. Mənim yerimə X-XI siniflərə saxta qiymətlər yazırdı. Uşaqları, müəllimləri polislə qorxudurdu. Müəllimlərdən ayda 20 manat pul yığır. Pulu yığanda deyir, Təhsil şöbəsi istəyir.

Azərbaycan sektorunda direktor müavini kirvəsidir, onun pul yığanıdır. Ümumiyyətlə, direktor müavinləri, kitabxanaçı, bir çoxları onun adamıdır. Mən bu işin üstünə düşəndə prokurorluqdan qohumlarım var idi, mənə onun sənədlərini göstəriblər. Saxta diplomuna Xankəndində peçat vurulub, üstündə riyaziyyat yazılıb. Çox savadsızdır, inanın 3-cü sinif riyaziyyatı da bilmir. Əmək kitabçası saxtadır. Yazılıb Şamxor (Şəmkir) rayon, üzərində fabrik adı və 1 nömrəli məktəbin peçatı vurulub. Hamısına baxmışam. Onun bütün işləri fırıldaqdır. Özü də qaçqın deyil. Mən bir çox yerlərə yazmışam. Təhsil şöbəsi yenə onun arxasında durdu. Yazılırdı araşdırıldı, yoxlanıldı. Heç nə araşdırılmayıb. O gün iclasda 4 nəfər Təhsil şöbəsindən gəlmişdi. Yalandan gəldilər hay-huy... Sonra direktor müəllimlərə deyib ki, məni başçı çağırdı dedi get, yaxşı işlə, sənin kimi yaxşı direktor yoxdur.

Rus dilini bilməyən müəllimə rus sektorunda dərs verirlər. Qırmızı diplomla bitirənlər var. Sevinc adında qız 43 bal toplayıb onun yerinə yenə öz adamlarını gətirib qoyub. Bir sözlə, bu məktəb dəhşətdir”.

İttihamlarla bağlı məktəbin direktoru Gülsabah Abbasova “Yeni Sabah”a açıqlamasında bildirib ki, deyilənlər hamısı şər-böhtandır: “Regiondan, Təhsil şöbəsindən, polislər gəldi. Məktəbimizdə araşdırma aparıldı, izahat verildi. 6-cı gün Təhsil şöbəsinin, qəsəbənin ziyalıları, valideynlər və müəllimlərlə iclas keçirildi. Bizim məktəbə bir nəfər böhtan atır. Müxalif fikirli insanlar, məktəbin inkişafını qəbul etməyənlərdir. Orada valideyn şikayəti yoxdur, yalan və böhtandır.

Tədbir də son naliyyətlərimizlə bağlı idi, kollektiv gedib məni də ora dəvət etmişdi. Valideyn iclası çağırdıq orada həmin adamın adı çəkilib. Təhsil şöbəsi də, regiondan da bilirlər kimdir. Mən bilmirəm hansı xəstə, müxalifdi, dövlətin, inkişaf etmiş məktəbin əleyhinə gedirsə, sizə məlumatları verən də o insandır. Hamı bilir ki, kimdir o xəstə, manyak adamdır. Mənim onunla, məktəbdə heç kimlə problemim yoxdur. Sadəcə kənarda kimlərsə qruplaşıb o adamı qabağa atıblar ki, məktəbə böhtan at.

Ona cavab verəcəyik. İclas keçirmişik, bildirmişik kimdir. 2003-cü ildən o adam məktəbdən yazır-pozur. Bizim gözəl kollektivimiz, müəllimlərimiz, istedadlı şagirdlərimiz var. Rayonun birinciləri sırasındayıq”.

Daha sonra conflict.az onu da qeyd edib ki, bundan öncə də direktorun vəzifəsinin 5 illiyi ilə əlaqədar ziyafət təşkil etdiyi və ziyafətin pulunu müəllimlərdən yığdığı bildirilmişdi. Bundan başqa sinif otağında məktəbdən qovulmuş oğlanla məktəbin şagirdi olan qızın videosu da səs-küy yaratmışdı.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR