SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Quskanın 10 milyonluq obyektini kim alıb? - Şok

24-04-2019, 12:46 | Oxunub: 13 376 |

Quskanın 10 milyonluq obyektini kim alıb? - Şok

Deputat Cavanşir Feyziyev sabiq deputat Hüseyn Abdullayevin milyonlarla dəyəri olan əmlakını alıb. Məlumata görə, deputat həmin obyekti oğlunun adına rəsmiləşdirib.

Emtv.az-ın əldə etdiyi məlumata görə, sözügedən obyekt Bakının mərkəzimdə, Üzeyir Hacıbəyov küçəsindədir. 800 kvadrat metr sahəsi olan qeyri-yaşayış obyektinin qiyməti 10 milyon manata yaxın dəyərləndirilir.

Tərəflər arasında alqı-satqı "Quska" həbs edilməzdən əvvəl - 2013-2014-cü illərdə həyata keçirilib. Həmin zaman isə Hüseyn Abdullayev Almaniyada yaşayırdı.

Almaniyada siyasi sığınacaq alan "Quska" ləqəbi ilə tanınan Hüseyn Abdullayevin obyekti deputat Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib.

Burada maraqlı olan məqam həmin 3 nəfərdən birinin müğənni Gülyaz Məmmədova olmasıdır.

Alqı-satqı işinə deputatın adamı Dadaş Rzayev rəhbərlik edib. Dadaş Rzayev deputat Cavanşir Feyziyevin "Avromed" dərman şirkətində şöbə müdiri işləyir.

Əldə etdiyimiz məlumata görə, deputat əvvəlcə obyekti 3 adamın- Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədovanın adına alıb.

Sonra isə həmin obyekt C.Feyziyevin oğlu Orxan Feyziyevin adına keçirilib.

Rəsmi sənədlərdən isə məlum olub ki, obyektin faktiki rəhbəri Hüseyn Abdullayev olsa da, atası Abbas Abdullayevin adına olub.

Xatırladaq ki, Cavanşir Feyziyevin adı son zamanlar mətbuatda avtomobil qəzasına görə də hallanır.

Ölümlə nəticələnən qəza Xəzər rayonu Qala qəsəbəsində baş verib.

"Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

Qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu Avromed MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.

Daha sonra musavat.com onu da qeyd edib ki,Avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanı Feyziyevlər ailəsinə məxsusdur (FC- Feyziyev Cavanşir). Deputat isə açıqlama verərək maşını özünün idarə etmədiyini demişdi.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR