28 avq 16:07Oxunub: 775 |

Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirildi

Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirildi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.

Təlim mərkəzində 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğularının tətbiqi ilə divizion taktiki təlimi, eləcə də artilleriya birləşmələri ilə raket zərbələrinin və atəşin idarə edilməsi icra olunub.

"EMTV.az" xəbər verir ki, taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) da cəlb edilib.

Təlimdə örtülü atəş mövqeyindən müşahidə olunmayan hədəfləri dəqiq məhv etmək və susdurmaq üçün PUA-ların köməyi ilə hədəflərin qısa zamanda aşkar edilməsi və artilleriya vasitələri ilə dağıdılması təmin olunub.

Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.


Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirildiRaket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirildi
Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirildi
Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirildiRaket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirildi
Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirildiRaket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri keçirildi


Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 5695
XƏBƏR LENTİ

Reklam
Məzənnə