SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əmlak Komitəsi 101 kv.m-lik obyekti 20 min manata özəlləşdirdi

24-04-2019, 11:09 | Oxunub: 8 909 |

Əmlak Komitəsi 101 kv.m-lik obyekti 20 min manata özəlləşdirdi

Emtv.az xəbər verir ki,Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara qoşulma prosedurlarının elektron formada tətbiqi birbaşa olaraq vətəndaş məmnunluğuna yönəlib. Seçim, müraciət, sifariş, o cümlədən hərracda iştirakın onlayn təqdim edilməsi vətəndaşların sürətli və rahat formada hərrac xidmətlərindən istifadəsini təmin edir. Hərraca çıxarılan dövlət əmlaklarının ərazi, qiymət, sahə müxtəlifliyi hər bir şəxs üçün istəyinə uyğun obyekti seçmək imkanı yaradır.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 23 aprel tarixində keçirildi. Hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirildi. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektindəki obyektin ümumi faydalı sahəsi 23.3 kv.m-dir. Dülgər sexi kimi fəaliyyət göstərən müəssisə üzrə sifarişi investor elektron formada vermişdir. Hərrac iştirakçısı bu dövlət əmlakını 12 min 500 manata özəlləşdirdi.

Özəlləşdirilən qeyri-yaşayış sahəsi paytaxtda yerləşir. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki bu dövlət əmlakının ümumi faydalı sahəsi 101.5 kv.m-dir. Hərracda iştirak edən vətəndaş obyekti 20 min manata özəlləşdirdi.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 aprel tarixində keçiriləcək. Özəlləşdirmə hərracına ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir.

Bu dövlət əmlakları üzrə seçim və sifariş etmək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.

Daha sonra bizimxeber.az onu da qeyd edib ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları üzrə sifarişlər hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək qəbul olunur.

Emtv.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR