SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıtda təhsil bərbadlığı...

24-04-2019, 10:08 | Oxunub: 9 835 |

Sumqayıtda təhsil bərbadlığı...

Emtv.az xəbər verir ki,bir müddətdir medianın gündəmindən düşməyən Sumqayıt təhsil ocaqları artıq son nəfəsini verməkdədir.

Sumqayıt şəhər məktəblərində qanunsuzluqların pik həddə çatmasının yeni təyin edilən Təhsil Şöbə müdirəsi Arzu Alızadə qarşısını almaqda acizdir. Beləki, RTŞ-nin bəzi əməkdaşlarının himayəsinə çevrilən məktəblər var ki, orada baş verən qanunsuzluqlar məhz onlar tərəfindən gizlədilməsi təmin edilir deyə məlumatlı mənbə xəbər verir. Sumqayıt təhsilində köklü dəyişikliklərin ediləcəyi Arzu Alızadə Təhsil Şəbəsinə təyin ediləndə böyük ümidlər yaratmışdı.

Amma təəsüflər olsun ki, ümidlər puç oldu. A.Alızadə belə qanunsuz əməl sahiblərinə qarşı heç bir addım atmamaqla yanaşı hətta onların müdafiəsinə belə etməkdən çəkinmədi. Dəfələrlə telefon danışıqlarımızda baş verənləri inkar etməklə və onun təyinatından qabaq baş verənlərə laqeyd münasibət göstərməsi hecdə cəmiyyət tərəfindən bir mənalı qarşılanmadı. Qeyd etmək gərəkdir ki, sumqayıt Təhsil şöbəsinin bəzi əməkdaşları müvəqqəti olaraq məktəblərə təhkim edilmiş və boş qalmış direktor kürsülərinin idarəçiliyin həyata keçirməkdədirlər. Hətta qanun belə 3 aydan artıq əvəzetməyə imkan vermədiyi halda bu şəxslər illərdir direktor postlarınmda əyləşməklə yanaşı həmçinin RTŞ əməkdaşı kimidə fəaliyyətlərin sürdürməkdədirlər. Arzu xanım bunlara göz yuması təbii qəbul edilən məsələlər deyil.

Əmək məcələsində
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcələsi haqqında qanun kobud şəkildə pozulmaqdadır. Buna misal olaraq, Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin direktor əvəzi Adıgözəlov Xalid Möhübbət oğlu (İdman müəllimi eyni zamanda RTŞ metodis işləməkdədir) normal iş vaxtının müddətindən artıq saat yazılmaqdadır.

Bu isə qanun pozuntusudur. Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəbin direktor əvəzi, Abdullayeva Həqiqət Mahid qızı (ibtidai sinif müəlliməsi)qanunsuz əməlləri barədə çox saylı şikayətlər və narazılıqları sonunda Təhsil nazirliyi tərəfindən yoxlama təhkim edildi. Lakin təhkim edilən yoxlamaya rəhbərlik edən Elxan Süleymanov yoxlama nəticələrini saxtalaşdırmağa müvəfəq oldu.

Bunu ya bilərəkdə ya bilməyərəkdən etdiyini deyə bilməsəkdə Həqiqət xanım şəxsimizə bildirdiyinə görə Elxan bəyə hər ay “şirinlik” verdiyi üçün onun barəsində olan məlumatları heçkim nazirliye olduğu kimi təqdim edə bilməzmiş...Sizcədə bu korrupsiya halının varlığından xəbər vermirmi?.. xanım direktor əvəzi kimlərdən topladığı vəsitlə şirinliklər paylayır?

Hətta RTŞ belə 9 saylı məktəbdə baş verənlərin fərqində olduğu halda baş məsləhətçi Ulduz xanımın şəxsi maraqları ilə orada baş verənlər gizlədilməkdədir. Bunu biz deyil məktəb daxilindən deyirlər.

H.Abdullayevanın həm RTŞ-də həm də regional maliyyə idarəsində himayədarları mövcudur.
Məktəb şagirdləri hardadır..? Nurlan Niyazlı (almaniyada) Məmmədov Məhəmməd (rusiyada) Rəşidə Məmmədova (almaniyada) bəs bunların yerinə dərsdərdən qiyməti kimlər necə alır ?

Məsələ ilə bağlı 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi rəhbər Elxan Süleymanova ünvanladığımız rəsmi məktubun qanunla təyin edilmiş müddətdən ötməsinə baxmayaraq bu günə qədər cavab verilməməsidə göz önündə olan faktlardandır. Vaxtı ilə Həqiqət Abdullayeva şəxsimizə bildirirdi ki, Elxan Süleymanova hər ay 1000(min) manat vəsait ödəməkdədir və buna görədə E,Süleymanov ona qarşı aşkarlanmış heç bir faktı media və Nazirliyə təqdim etməyəcəkdir. İlk öncə buna inanmaqda çətinlik çəksəkdə sonrakı proseslərdə bunu təstiq etməkdə davam edir. E.Süleymanovun 9 Saylı məktəbdə edilən yeyinti ilə bağlı mediaya məlumat verməməsidə məhz buna bariz nümunədir.

Həmçinin bakunews.az onu da qeyd edib ki, Arzu Alızadə ilə yazıya münasibət bildirməsini xahiş etsəkdə 1 həftədir münasibət bildirilməməkdədir. Jurnalda adı olub özü xarici ölkələrdə yaşayan şagirdlərlə bağlı verdiyimiz məlumatlar barədə RTŞ müdirəsi Arzu Əlizadə belə susmaq qərarına gəlmişdir.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR