SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiya Kim Çen Inı qarşılamağa hazırlaşır – Zirehli qatar, iki təyyarə…

23-04-2019, 17:25 | Oxunub: 12 441 |

Rusiya Kim Çen Inı qarşılamağa hazırlaşır – Zirehli qatar, iki təyyarə…

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri ölkənin uzaq Şərqində əsl ajiotaja səbəb olub. Artıq Koreya liderinin Vladimir Putinlə aprelin 24-də Vladivostok şəhərində görüşəcəyi dəqiqləşsə də, bu görüşün konkret olaraq, hansı məkanda keçiriləcəyinə dair heç bir rəsmi açıqlama verilmir.

Bununla yanaşı, Rusiya mətbuatı iddia edir ki, rəsmi məlumat verilməsə də, iki ölkə lideri arasında görüş Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin idman zalında baş tutacaq. Belə ki, artıq universitet ərazisinə giriş-çıxış məhdudlaşdırılıb.

Həmçinin məlum olub ki, regionda olduqca yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülür.

Vladivostokun dəniz limanına gəmilərin giriş-çıxışından tutmuş, dəmir yol nəqliyyatının hərəkətinə qədər bir çox məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.

Belə məlum olur ki, Kim Çen In Vladivostoka təyyarə ilə deyil, zirehli qatarla gələcək.

Ancaq o yola çıxmazdan qabaq artıq Vladivostokun hava limanına Şimali Koreyadan təşrif buyuran iki təyyarə eniş edib. Şəhərə gələn nümayəndə heyətinə isə Koreya liderinin bacısı Kim Yo Çjon başçılıq edir.

Rusiya mətbuatının yazdığına görə, xanım Çjon qardaşının Putinlə görüşünə hazırlıq işlərinə şəxsən rəhbərlik edəcək.

Şimali Koreyadan gələn nümayəndə heyətinin üzvləri hava limanındakı jurnalistlərin bütün səylərinə baxmayaraq, heç bir suala cavab verməyiblər. Maraqlıdır ki, hava limanından ayrılan koreyalılar təyinat nöqtəsinə heç bir fərqlənmə nişanı olmayan adi taksilərdə və özəl avtomobillərdə yollanıblar.

Bundan başqa, jurnalistlər görüşün keçiriləcəyi universitetin qarşısında iki qara rəngli limuzin müşahidə ediblər ki, onların da Şimali Koreyadan gətirildiyi güman olunur. Qeyd edilir ki, Kim Çen Inın zirehli qatarı aprelin 24-ü səhər saatlarında Rusiya ərazisinə daxil olacaq.

Səfərin iki gün çəkəcəyi gözlənildiyi üçün qatarların qrafikində dəyişikliklər edilib ki, bu da yerli əhaliyə narahatlıq yaradıb. Bu səbəbdən vilayət administrasiyası əhaliyə rəsmi müraciətində müvəqqəti çətinliyə görə üzrxahlıq edərək, insanları səbrli olmağa çağırıb.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR