SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Mart hadisələri zamanı Azərbaycan ordusu fəallaşmışdı…” – General Qasparyan

23-04-2019, 17:15 | Oxunub: 9 457 |

“Mart hadisələri zamanı Azərbaycan ordusu fəallaşmışdı…” – General Qasparyan

Ermənistanda dərc edilən “Joqovurd” qəzeti eks polis rəisi, general Vladimir Qasparyanın 2008-ci il 1 mart hadisələrinə dair istintaqa verdiyi “sensasion” ifadənin bir hissəsini dərc edib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, həmin vaxt hərbi polis idarəsinin rəisi idi. O, ifadəsində deyir ki, Yerevanda Levon Ter-Petrosyanın tərəfdarlarının aksiyalar keçirdiyi bir vaxtda Azərbaycan ordusu cəbhə xəttində “fəallaşmışdı”.

“Biz bilirik ki, sərhədlərdə hansısa fəallaşmalar baş verirdi”-Qasparyan deyib.

Müstəntiqin məhz hansı istiqamətlərdə fəallaşma müşahidə olunduğu haqda sualına cavabında Qasparyan deyib ki, söhbət Tavuş vilayətindən və Qarabağdan gedir.

“Mart hadisələri zamanı Azərbaycan ordusu fəallaşmışdı…” – General Qasparyan

“Ümumi görünüşdə, preambula kimi bu və ya başqa situasiya, bəyanatlar olmuşdu. Adətən daxili siyasi hadisələr sərhədboyu situasiyaya təsir edir”-Qasparyan ifadəsində deyib.

O zaman müstəntiqdə sual yaranıb: bir halda ki, Azərbaycan ordusu fəallaşmışdı, o zaman niyə Ermənistan ordusu sərhədə yox, nümayişçiləri dağıtmaq üçün Yerevana cəmləşdirilirdi?

“Yəqin sərhəddə qüvvələr kifayət qədər olub və bundan çıxış edərək qüvvələrin bir hissəsini Yerevana gətiriblər”-Qasparyan deyib.

Lakin qəzet Qasparyanın bu dediklərində sensasiyanın nədən ibarət olduğunu aydınlaşdırmır.

1 mart hadisələrinin istintaqı çərçivəsində eks-prezident Robert Köçəryan da daxil olmaqla keçmiş hakimiyyətin bir sıra nümayəndələri həbs olunublar. Digər keçmiş prezident Serj Sərkisyan da istintaqa ifadə verib.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR