SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur” – Türkiyə hökuməti

23-04-2019, 16:20 | Oxunub: 8 858 |

“Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur” – Türkiyə hökuməti

Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur, çünki bundan sonra bütün dünya həmin ildə baş verən hadisələrinin “erməni soyqırımı” olmadığını, əksinə, Osmanlı imperiyasında müsəlman əhalinin erməni silahlıları tərəfindən soyqırımının həyata keçirildiyini biləcək

Emtv.az xəbər verir ki, bunu yerli KİV-ə Türkiyə hökumətindəki mənbə bildirib.

Hökumətdən bildiriblər ki, Ankara hələ 2005-ci ildə arxivlərin açılması və həmin hadisələrin araşdırılması üçün müstəqil komissiyanın yaradılması ilə bağlı Yerevana müraciət etmişdi: “Əgər 1915-ci il hadisələri həqiqətən də “erməni soyıqırımı olsaydı”, Yerevan bu arxivləri açardı”.

Qeyd olunub ki, ermənilərin 1915-ci il hadisələri ilə bağlı bütün iddiaları əsassızdır: “Türkiyə arxivlərində erməni silahlılarınını xarici qüvvələrin dəstəyi ilə Ağrı, Qars, Ərzurum, Van və digər vilayətlərdə dinc əhalini öldürmələri, eləcə də Osmanlı imperiyası dövründə türk dövlət məmurlarını qətlə yetirmələri barədə minlərlə fakt var”.

Bundan başqa, qeyd olunub ki, Türkiyədən fərqli olaraq Ermənistanda hələ də türklərə qarşı nifrət və düşmənçilik qalır: “Ermənistanda bir türkün belə olmadığı bir vaxtda, Türkiyədə ermənilər dinc şəkildə və heç bir problem olmadan yaşayırlar. Çoxmillətlilik Türkiyənin ən əsas dəyərlərindəndir”.

Türkiyə hökumətindən təəssüflə bildiriblər ki, Ermənistan hələ də digər dövlətlərin əlində marionet olan lobbisinin girovu olaraq qalır: “Erməni lobbisinin Türkiyəyə qarşı bütün hərəkətləri ilk növbədə öz ölkələrində yoxsulluq içində yaşayan ermənilərin maraqlarına zərər vurur. Ermənistan hökuməti “soyqırım” sənayesində qazanc əldə etməkdənsə, xalqın gələcəyi barədə düşünməlidir”.

Əlavə olunub ki, əgər erməni lobbisi qərb ölkələrinin parlamentlərinə təsir göstərərək hansısa yolla Ankaraya təzyiq göstərməyi düşünürsə, çox böyük səhv edir: “Yerevan qondarma “erməni soyqırımı” barədə iddialar irəli sürməklə Ankara ilə münasibətləri normallaşdıra bilməyəcək”.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR