SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“BU, XALQIN SƏRVƏTİDİRSƏ…” – Deputat qaz limitinin artırılmasını təklif edib

23-04-2019, 16:14 | Oxunub: 5043 |

“BU, XALQIN SƏRVƏTİDİRSƏ…” – Deputat qaz limitinin artırılmasını təklif edib

“Qaz limiti ən azı 3 min kubmetrə qaldırılmalıdır”.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa bildirib.

F.Mustafa deyib ki, limitin ləğv olunması yox, artırılması lazımdır.

Deputat “Facebook” statusunda öz mövqeyini hətda belə əsaslandırıb: “Əhalinin müxtəlif təbəqələrindən aldığım şikayətlərə reaksiya verərək əhalinin istehlak etdiyi qaza qoyulan limitə yenidən baxılmasının vacibliyini vurğuladım. Burada limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi. Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Bu, xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir”.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR