SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Birinci vitse-prezidentin köməkçisi: "Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır"

23-04-2019, 13:26 | Oxunub: 11 431 |

Birinci vitse-prezidentin köməkçisi: "Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır"

"Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır".

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Emin Hüseynov ABŞ-Azərbaycan Ticarət-Sənaye Palatasının (USACC) görüşü zamanı deyib.

E.Hüseynov USACC üzvlərini və tərəfdaşlarını Azərbaycanda davam edən iqtisadi və institusional islahatlar barədə məlumatlandırıb. O bildirib ki, biznes sahəsində, normativ və institusional islahatlar sayəsində Azərbaycan Dünya Bankının "Doing Business 2019" reytinqində 25-ci yerdə qərarlaşıb və 190 ölkə arasında aparıcı islahatçılardan biri olub.

ABŞ və Azərbaycan arasında ikitərəfli ticari-işgüzar münasibətlər barədə danışan E.Hüseynov vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır. O qeyd edib ki, ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyaları 10 milyard dollar, Azərbaycanın ABŞ-a birbaşa investisiyaları 7,6 milyard dollar təşkil edib.

E.Hüseynov aprelin 4-də Çikaqoda USACC və İllinoys Ticarət Palatasının təşkil etdiyi İllinoys-Azərbaycan birinci kənd təsərrüfatı forumunun Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı üçün əhəmiyyətini yüksək qiymətləndirib.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR