28 avq 11:40Oxunub: 848 |

Avropanın ən yaxşı futbolçusu - MESSİ

Avropanın ən yaxşı futbolçusu - MESSİ
Dünən Avropada 2014/15 mövsümünün ən yaxşı futbolçularının adları açıqlanlb.

"EMTV.az"-ın məlumatına görə, Çempionlar Liqasının Monakoda keçirilən püşkatma mərasimində UEFA həm kişi, həm qadın futbolçular arasında ən yaxşını mükafatlandırıb.

Argentinalı Lionel Messi ("Barselona") mükafata namizəd olan digər iki futbolçunu - klubdakı komanda yoldaşı uruqvaylı Luis Suares və "Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu qabaqlayıb.

Messi 5-ci dəfə keçirilən sorğuda 2-ci dəfə qalib gəlib. O, 2011-ci ildə mükafatın ilk qalibi olmuşdu. Argentinalıdan başqa, ispaniyalı Andres İnyesta (2012), fransalı Frank Riberi (2013) və portuqaliyalı Kriştianu Ronaldo (2014) da buna nail olub.

Qadın futbolçular arasında isə fransalı Amandin Anri və həmyerlisi Cenifer Morojanı qabaqlayan almaniyalı Sella Şaşiç ən yaxşı adına layiq görülüb.

3-cü dəfə keçirilən sorğunun əvvəlki qalibləri də Bundestimin üzvləri olub. Nadin Anqerer 2013, Nadin Kessler 2014-cü ildə mükafata sahib çıxıb.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 3483
XƏBƏR LENTİ

Reklam
Məzənnə