17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Nazirlər Hacıqabulda təməlqoyma mərasimində
Bu gün Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş Sənaye” MMC-nin avtobus və yük maşınlarının istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki yeni, təməlqoyma mərasimində İran İslam Respublikasının sənayə, mədən və ticarət naziri Rza Rəhmani və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib.
Bildirilib ki, zavodda avtobus və yük maşınları istehsal ediləcək. Layihənin ümumi dəyəri 10 milyon avrodur. İlkin mərhələdə altı, ikinci mərhələdə isə dörd milyon avro vəsait ayrılacaq.
Zavodun istehsal gücü birinci mərhələdə 500 ədəd avtobus və yük avtomobili, ikinci mərhələdə 1000 istehsal gücünə malikdir.
Kompleksin ərazisi beş hektardır. Zavodda birinci mərhələdə 100, ikinci mərhələdə 200 işçi çalışacaq. Texnologiya və avadanlıqlar İsveç, Türkiyə, Almaniyadan gətiriləcək.
Modelindən asılı olaraq, bir avtobusun dəyəri 135-200 min avro məbləğində, bir yük maşınının dəyəri isə 70-90 min avro olacaq.
Satış bazarları MDB ölkələri, Orta Asiya, İran və Pakistandır.
Qeyd edək ki, Hacıqabul Sənayə Məhəlləsində İran və Azərbaycan nümayəndələri arasında ikitərəfli görüşlər keçirilir.
Nəzrin Abbbaszadə
Emtv.az