27 avq 18:26Oxunub: 2450 |

Ağır yol qəzası- YARALILAR VAR

Ağır yol qəzası- YARALILAR VAR
Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"EMTV.az" El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə Yevlax Avtovağzalının yaxınlığında, bu rayondan Bərdə istiqamətinə gedən yolda qeydə alınıb. Bərdə rayon sakiniAslan İsgəndərovun idarə etdiyi "Daewoo-Espero" markalı minik avtomobili ilə "Mercedes" markalı şəhərarası sərnişin maşını toqquşub.

Hadisəyə "Mercedes"in sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir. Qəza zamanı minik avtomobilində olan Ağcabədi rayonunun Hacallı kənd sakini, 1962-cı il təvəllüdlü Ədalət Hüseynov və "Mercedes"in sərnişini, Yevlax rayon sakini, 1999-cu il təvəllüdlü Çinarə Ağayeva xəsarət alıblar.

Onlar Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1392
XƏBƏR LENTİ

Reklam
Məzənnə