SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Hacı İbrahimdən general haqda sensasion iddia: “Reketdir...”

17-04-2019, 11:01 | Oxunub: 12 799 |

Hacı İbrahimdən general haqda sensasion iddia: “Reketdir...”


Emtv.az xəbər verir ki,"Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) son günlər müxtəlif media qurumlarında Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi general Adil Əliyevlə “Avesta Konserni” MMC arasında mübahisənin olması barədə yayılan məlumatlara münasibət bildirib.

Hacı İbrahim Nehrəmli deyib ki, Adil Əliyev haqqında yazılanlar doğrudur: "Yazılanlarda həqiqət var. İlk növbədə, qeyd edim ki, bu çox xoşagəlməz hadisədir və mən çox təəssüf edirəm ki, istəmədən bu münaqişənin iştirakçısı oluram.

Birincisi, orta ranqlı dövlət məmurunun təkcə bir yaşayış kompleksində 5 ədəd mənzil alması faktı ciddi suallar yaradır. İkincisi, adı çəkilən şəxsin 5 il gözləyib, daha sonra mənzilin ölçülərinin hesablama metodikasından şikayət edib, həm sahibkara, həm məhkəmə sisteminə, həm də dövlət ekspertizasına təzyiqlər etməsi və şantaj yolu ilə külli miqdarda pul, 100 min dollar və 60 min manat tələb etməsi dövlət məmuru adına tamamilə ziddir. Adil Əliyev faktiki olaraq, dövlət vəzifəsində çalışan mədəni reketdir, qanunçuluq müdafiəçisi adı ilə faktiki olaraq qanunsuzluqla məşğuldur.

Məlumat üçün qeyd edim ki, sözügedən mənzillər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əməkdaşları üçün tikilib, tikinti ilə məşğul olan “Tərəqqi” MTK-ya (daha sonra “Avesta Konserni” MMC-yə birləşdirilib) mənzillərin inşaası üçün hər kvadrat metrə 465 manat ödənilsə də, faktiki inşaat 600 manatdan baha başa gəlmişdir. Mən bu layihədə ciddi itkiyə məruz qalsam da, çox gözəl və standartlara uyğun yaşayış kompleksi təhvil vermişəm, şirkətim müqavilə üzrə üzərinə düşən işləri tam icra edib, binada yaşayış başlayıb, kupçalar verilmək üzrədir.

A.Əliyev isə dövlətin təklif etdiyi güzəştlərdən sui-istifadə etməklə fərqli insanların adına güzəştli şərtlərlə 5 mənzil və 2 qaraj əldə edib. Təsəvvür edin, orta ranqlı dövlət məmuru şəhərin mərkəzi rayonunda yerləşən binadan 5 ədəd iri ölçülü mənzillər alır və mənzillərin hər kvadratı üçün ortalama 500 manat olmaqla ödəniş edir. A.Əliyev buna hansı yolla nail olub, xəbərim yoxdur. Halbuki, Nazirlər Kabinetində çalışan və bu mənzilləri güzəştli şərtlərlə əldə etmək istəyən daha ehtiyaclı və layiqli insanlar var. Əslində, A.Əliyevin ödədiyi məbləği ona qaytarıb, mənzilləri eyni şərtlərlə həmin insanlara satmaq daha düzgün olardı.

A.Əliyev iddia edir ki, mənzillərin ölçüsü “oxdan-oxa” deyil, “içdən-içə” ölçülməlidir. Dövlət ekspertizası isə məsələyə ədalətli baxa bilmir. Birincisi, A.Əliyev mənzillərdə əlavə qanunsuz arakəsmələr edib və ekspertizaya mane olur, ikincisi, dövlət ekspertizasına təzyiq edərək onun özünə lazım olan rəyi tələb edir. Onun sözlərinə görə, mənzilləri alanda da, şikayət edəndə də Ədliyyə nazirinin şəxsi razılığını alıb. Yəni, bu məmur hər addımında dövlətin vacib məmuru olduğunu vurğulayır, məhkəmələrə nazir müavinləri vasitəsilə təzyiqlər edir, şantaj edir. Biz onun kimliyini araşdıranda mətbuatda onun bu tipli çoxsaylı münaqişələrinin olması barədə yazılarla tanış olduq. Çox ikrah verici haldır. Bu şəxs hər addımında dövlətin adından istifadə edir. Qeyd etdiyim kimi, faktiki olaraq mədəni reketliklə məşğuldur. Mən anlamıram bu şəxs dövlət məmurudur, yoxsa ölkəmizin ən iri əmlakçısı? Bu qədər əmlak, bu qədər əmlak münaqişələri bir məmurun adına çox deyilmi?".

Daha sonra yeni sabah onu da qeyd edib ki,İş adamı Adil Əliyevin təzyiqlərinə əhəmiyyət vermədiyini söyləyib:

"Mən Azərbyacanda ədalətli məhkəməyə inanıram. Bununla belə, üzümü birbaşa Ədliyyə naziri, hörmətli Fikrət Məmmədova tuturam. Biz hamımız Fikrət müəllimi çox yaxşı tanıyırıq, onun çox ciddi siyasi çəkiyə və hörmətə malik dövlət xadimi olduğunu bilirik. Hesab edirəm ki, bu tip münaqişələrdə Fikrət müəllimin adının hallanması ümumiyyətlə doğru deyil, yaraşmaz. Mən əminəm ki, Fikrət müəllim məsələdən xəbər tutsa, bu qanunsuzluğun qarşısını alacaq və Ədliyyə Nazirliyinin adından Adil Əliyev kimi şəxslərin bu formada istifadə etməsinə yol verməyəcək. Bu şəxsin əməllərinə son qoyulmalı və qarşısı alınmalıdır".

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR