SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İki məşhur sığorta şirkəti bazardan çıxır

17-04-2019, 10:03 | Oxunub: 8 602 |

İki məşhur sığorta şirkəti bazardan çıxır

Emtv.az xəbər verir ki,iki gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "AtaSığorta" və "Atəşgah" sığorta şirkətinin avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırıb.

MBNP-nın bununla bağlı yaydığı məlumatda bildirilir ki, “AtaSığorta” və “Atəşgah” sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” Qanuna və “İcbari sığortalar haqqında” Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilməyib.

Buna görə də, Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin aprelin 12-də verilmiş qərarla “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

"AtaSığorta" şirkətinin rəsmisi bu məhdudlaşdırmanı İcbari Sığorta Bürosunun informasiya sistemində sığortalılar barədə yerləşdirilən məlumatların obyektiv və subyektiv səbəblərdən müəyyən agentliklər tərəfindən səhv daxil edilməsi və müəyyən məlumatların çatışmazlığı ilə izah edib. Şirkət rəsmisi deyib ki, MBNP bu çatışmazlıqları aradan qaldırana qədər "AtaSığorta"nın avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırıb. O da bildirilib ki, indiyədək "AtaSığorta"da avtomobillərini icbari sığorta etdirənlər heç bir əngəl olmadan sığorta hadisəsi zamanı ödənişlərini əvvəlki qaydada ala biləcəklər.

"Atəşgah Sığorta" şirkətinin rəsmisi də tətbiq edilən məhdudlaşmanın səbəblərinə aydınlıq gətirib. Bildirilib ki, müəyyən dövr ərzində İcbari Sığorta Bürosunun sisteminə məlumatların daxil edilməsi zamanı müəyyən pozuntulara yol verilib. Səhvlər 3-4 epizod üzrə olmasına baxmayaraq, işin həcmi böyük olduğundan müəyyən araşdırma tələb edirdi. Buna görə də İcbari Sığorta Bürosunun sisteminə daxil edilən müəyyən pozuntular barədə MBNP-na cavab yubanıb. Şirkət nümayəndəsi tətbiq edilən məhdudiyyətin əvvəlki sığorta qərarlarına aidiyyətinin olmadığını deyib. Məhdudlaşma səbəbindən bu hal üzrə yeni müştəri qəbul edilmir. Digər növlər üzrə isə fəaliyyət göstərilir.

Qeyd edək ki, sığorta sahəsində yaranmış kifayət qədər problemlər fonunda məhdudlaşdırmanın baş verməsi gözlənilən idi. Bu sahədə mütəmadi yaranmış nöqsanlar sığorta olunanların bu sistemə olan inamını itirdi. Azərbaycanın sığorta bazarı inkişaf etmiş, eləcə də qonşu dövlətlərlə müqayisədə zəif inkişaf edib.

İqtisadçı-alim Fuad İbrahimov yerli KİV-lərə bildirib ki, sığorta şirkətlərinə MBNP tərəfindən qoyulmuş məhdudlaşdırma qərarı müsbət effektivlik verəcək:

“Sığorta iqtisadi münasibətlərin ayrılmaz hissəsidir. Sığorta anlayışı olmadan bu gün müasir dövrdə bazar münasibətləri qurmaq mümkün deyil. Sığorta şirkətləri və müştərilər arasında elə şəffaf münasibətlər qurulmalıdır ki, ümumiyyətlə, problemlər gündəmdə olmasın. Azərbaycanda sığorta anlamının özü məcburiyyət və icbari xarakter daşıyır. Heç kim könüllü nəyisə sığorta etdirməkdə maraqlı deyil. Çünki maariflənmə səviyyəsi çox aşağıdır. İnsanlarımız həyatın ayrılmaz hissəsi olan sığorta sistemindən kənar düşüb”.

İqtisadçı hazırda Azərbaycanda sığorta sistemində müasir dövrün tələblərinə cavab verən qanunların və sərəncamların olduğunu da diqqətə çatdırıb:

“Amma bu qanunlar sığorta sisteminin sektor kimi inkişafına dəstək vermir. Elə ki, sığorta hadisəsi baş verir, vətəndaş bilmir hadisənin qeydinə qalsın, yoxsa sığorta şirkəti ilə mübarizə aparsın. Dəfələrlə şahidi olmuşam ki, hadisə baş verəndən sonra sığorta şirkətləri istintaq aparırcasına lazımsız sorğu-sual edirlər. Halbuki bu belə olmamamalıdır. İstintaqı da, tədqiqatı da hüquq-mühafizə orqanları həyata keçirir.

Sığorta hadisəsinə hüquq-mühafizə orqanları daha humanist yanaşır, nəinki sığorta şirkətləri. Bu nöqteyi-nəzərdən MBNP-nın müvafiq məhdudlaşdırma qərarın alqışlayıram. Hesab edirəm ki, bir neçə sığorta şirkətinin fəaliyyətində məhdudlaşdırma olmalıdır ki, onlar vətəndaşlar qarşısında öz öhdəliklərini yerinə yetirsinlər. Düşünürəm ki, bu effektivlik qısa zamanda özünü büruzə verəcək.

Daha sonra dia onu da qeyd edib ki, digər şirkətlər dövlət nəzarəti orqanları tərəfindən bu cür sanksiyalarla üzləşməmək üçün öz fəaliyyətlərində nöqsanlara yol verməzlər. Bu dönüşün nəticəsində vətəndaşların şəffaf sığorta şirkətlərinə müraciəti bərqərar olacaq. İnsanlarımız dərk edəcəklər ki, sığorta müasir dövrün tələbidir”.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR