SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Allergiyanı aradan qaldıran vasitələr

16-04-2019, 15:57 | Oxunub: 11 031 |

Allergiyanı aradan qaldıran vasitələr

Havaların isinməsi, təbiətin oyanması bir sıra allergik xəstəliklərin baş qaldırmasına səbəb olur. Geyinilən paltar, qəbul olunan qidalar və məişətdə istifadə edilən allergenli maddələrin çoxluğu həmin xəstəlikləri daha da artırır. Allergiya deyəndə ilk növbədə bədəndə səpgilər və qaşınma başa düşülür. Onlar allergiyanın ilkin əlamətləridir, lakin onlarla yanaşı bronxial astma kimi illərlə davam edən xəstəliklər də var.

Emtv.az bildirir ki, bu barədə yerli mətbuata məlumat verən həkim-fitoterapevt Fizulu Hüseynov deyib: "Allergiyası olanlar bədənin allergenə, yəni allergiya törədən maddəyə qarşı müqavimətini artırmaq üçün illərin sınağından çıxmış üsullardan istifadə edə bilərlər. Həmin üsullardan biri kömək etməyəndə digərini sınamaqdan çəkinmək lazım deyil, çünki əlavə ziyanlı təsirləri yoxdur, orqanizmin möhkəmləndirilməsi üçün də faydalı təsir göstərir.

Məsələn, udi-hindi allergiya əleyhinə mükəmməl vasitədir. Təcrübə nəticəsində 10-15 il allergiyadan əziyyət çəkənlərin udi-hindi qəbul edərək sağalması müşahidə olunub. Bunun üçün gündə 2 dəfə 1 çay qaşığı udi-hindi tozu 1 stəkan qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edilərək yeməkdən əvvəl 1 stəkan içilir. Prosedur ildə 2 dəfə - yaz və payız aylarında 2 ay müddətində aparılır.

Allergiya baş verəndə dərman axtarmağa tələsmək lazım deyil. 3 ədəd keçibuynuzu meyvəsi yarım litr suda 5 dəqiqə qaynadılır, soyuyandan sonra süzülərək içilir. Təxminən 10 dəqiqə ərzində səpgilər tam keçir. Allergiyanın davam etməməsi üçün prosedur 1 ay aparılır.

Kiçik yaşlı uşaqlarda əmələ gələn səpgilər zamanı yatıqqanqal mükəmməl vasitədir. 2 xörək qaşığı yatıqqanqal 1 stəkan suda dəmlənilir və səpgilərin üzəri pambıqla silinir. Yaxud 50 qram yatıqqanqal 500 qram zeytun yağında günəş işığı altında 10 gün saxlanıldıqdan sonra süzülür. Əldə edilən yağla dəridə olan səpgilər silinir, həmçinin diatezlər zamanı istifadə olunur.

Hər gün 1 çay qaşığı zabrus, yəni bal qaymağı yeyilməsi allergiyanı əhəmiyyətli dərəcədə azaldır.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR