SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ağ Evdə tarixi görüş

16-04-2019, 12:19 | Oxunub: 4428 |

Ağ Evdə tarixi görüş

Türkiyənin xəzinə və maliyyə naziri, prezident Rəcəb Tayib Ərdoğanın kürəkəni Berat Albayrak "IMF-Dünya Bankı" və "G20" toplantısında iştirak etmək üçün ABŞ-a rəsmi səfər edib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, nazir səfər çərçivəsində ABŞ prezidenti Donald Trampın qəbulunda olub.

Görüşdə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, ABŞ prezidentinin sözçüsü və kürəkəni Cared Kuşner də iştirak edib. Bu, Ağ Evdə baş tutmuş tarixi görüşlərdən biri kimi dəyərləndirilir.

Görüşdə iqtisadi əməkdaşlıq, "S -400" raket sistemləri ilə bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında ticarətin miqdarı 75 milyard dollara çatıb.

Görüşü şərh edən B. Albayrak bildirib: "Donald Trampdan olduqca müsbət rəylər aldıq. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğanı məlumatlandıracağıq".

O, həmçinin ABŞ və Türkiyə prezidentlərinin yaxın zamanlarda görüşəcəyinin də anonsunu verib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR