SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıdakı uşaq evi ilə bağlı tükürpədici faktları açıqlayan müəllimə nazirliyə çağrıldı

16-04-2019, 11:49 | Oxunub: 12 280 |

Bakıdakı uşaq evi ilə bağlı tükürpədici faktları açıqlayan müəllimə nazirliyə çağrıldı

Kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, 2017 ildə 2 həftə sözügedən məktəbdə dərs keçən gənc müəllim müşahidələrini ictimaiyyətlə bölüşüb. Bildirib ki, məktəbdə uşaqların yaşadığı problemlər, onun qarşılaşdığı qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə şifahi və yazılı müraciət etsə də, ondan maddi sübut (video və ya səs yazısı) istənilib.

L. Ucalın yazısından bəzi qeydləri təqdim edirik:

"Məktəbdə müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.

Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz etdiyim zaman müavin mənə dedi ki, uşaqlar vəhşidir, kitabları versələr, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda.

Bunun nəticəsidir ki, məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib.

Məktəbin psixoloqu direktorun sürücüsü idi. O, tez-tez uşaqları heç bir əsas olmadan dərsdən çıxarıb fiziki iş görməyə aparırdı.

Uşaqlara gələn keyfiyyətli qidalar satışa çıxarılır, elə onları da uşaqlar daşıyırdı.

5 saat dərsimin hər saatı bir günə salınmışdı, Mənə bildirildi ki, hər ay direktor müavininə 50 manat versəm, dərsim 2 günə salınar. Bütün bu rahatlıq direktorun icra başçısı ilə çox yaxın olmasından gəlirmiş.

İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu".

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bizimyol.info-ya bildirilib ki, ötən gün Leyla Ucalın şəxsi "Facebook" səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək: "Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər etmiş, orada olan vəziyyətlə bilavasitə özləri tanış olmuş və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər. Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib".


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR